“Al Market” işçiləri ixtisar edib pulunu kəsir — 1657 manat…

Gündəm / Aktual
Bu gün, 15:43 17
“Al Market” işçiləri ixtisar edib pulunu kəsir — 1657 manat…


Vasif İbrahimov, 7 ildən çox müddət (02.11.2018 – 26.01.2026) “AL Market”də çalışdıqdan sonra, 26 yanvar 2026-cı il tarixində ixtisar olunub.
Tribuna.az-a şikayət ünvanlayan V. İbrahimov bildirib ki, ona əvvəlcədən yalnız 300 manat kəsinti olunacağı bildirilsə də, son hesablamada 1657 manat kəsilib.
İşçi bu barədə açıqlama tələb etdikdə də, kadrlar şöbəsində məsələni həll edən olmayıb. Şikayətçi bildirir ki, sanki işəgötürən xitamın bir ay tamam olmasını gözləyir ki, problem ortaya çıxmasın.
Daha bir narazılıq isə ixtisar adı altında yeni işçilərin işə götürülməsidir. Vasif İbrahimov vurğulayır ki, 7 ildən artıq müddətdə şirkətdə heç bir töhmət və ya uyğunsuzluq yaşamamış, işçilərin sosial və ailə durumları nəzərə alınmadan işdən çıxarılması ədalətsizlikdir.
“Sanki xitamın 1 ay tamam olmasını gözləyirlər ki, şikayət etmək mümkün olmasın”, deyə V. İbrahimov əlavə edib.
Şikayətçi məsələ ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib və işçilərin hüquqlarının qorunmasının vacibliyini qeyd edib.