Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
Gündəm / Sosial
Bu gün, 16:24
17

Azərbaycanda məmurun mükafatlandırılması mərasimindən çəkilən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məlumata görə, görüntülər Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının direktorunun otağında çəkilib.
Kimliyi məlum olmayan (çünki özünü təqdim etmir) bir nəfər mükafatı müəssisənin direktor əvəzi Ruslan müəllimə təqdim edərək deyir:
“Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından, Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından göndərilmiş Milli Məclis informasiya portalı direktorunun əvəzi Ruslan müəllimi təbrik edirik. Baxmayaq ki, direktor əvəzidir, rayonumuzda gözəl fəaliyyətinə, analoqu olmayan təmizliklərə görə təbrik edirəm”.
Videodan o da məlum olur ki, direktor əvəzi otaqda tək deyil. O, mükafatlandırma mərasiminə işçilərini də yığıb.
İşçilər Ruslan müəllim mükafat almasını alqışlarla qarşılayıblar.(“Yeni Sabah”)