Anar Rzayevin fəaliyyəti yoxlanılır
Gündəm / Sosial
Bu gün, 17:53
18
Azərbaycan Respublikasının Hesablama Palatası AYNA-da audit aparır.
Bizimesr.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Hesablama Palatası Nocomment.az saytının sorğusuna cavab olaraq bildirib.
Qeyd edilib ki, 2025-ci ilin İş Planına əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) publik hüquqi şəxsində nəzarət tədbiri həyata keçirilir və audit prosesi hazırda davam edir.
Palatanın 15 yanvar 2026-cı il tarixli rəsmi məktubunda qeyd olunur ki, sorğumuza “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun qaydada baxılıb. Bildirilib ki, audit “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə əsasən aparılır və nəzarət tədbirlərinin nəticələrinin açıqlanması həmin qanunun 37-ci maddəsi ilə tənzimlənir.
Vurğulanıb ki, keçirilən nəzarət tədbirlərinin siyahısı və nəticələri ilə Hesablama Palatasının rəsmi internet səhifəsinin “Fəaliyyət” bölməsində, “Dövlət auditinin nəticələri” alt bölməsində, həmçinin rüblük “Dövlət auditi” bülletenində və yarımillik, illik hesabatlarda tanış olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı uzun müddətdir müxtəlif narazılıq səslənir, AYNA rəhbəri Anar Rzayevin özünə yükdək əmək haqqı yazması geniş müzakirələrə səbəb olub.
