Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?

Gündəm / Aktual
Bu gün, 14:39 17

Binəqədi rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır. Bu qanunsuz tikintilərin qarşısı alınmır.
Xalq məlumat verir ki qanunsuz  tikintilərə şərait yaradılıb. Hal-hazırda isə  Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində qanunsuz tikinti  inşa olunur.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində hansı məmur icazə verdiyi müəmmalıdır.
Qeyd edək ki, qanunsuz tikintilərə Binəqədi İcra Hakimiyyəti başçısı  Elxan Allahverdiyevin müavini Hacıbaba Babayevin nəzarət etdiyi iddia olunur.
Binəqədi icra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.(Xalq.online)
Aidiyyatı qurumların fikirlərinidə dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik: