Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Gündəm / Aktual
Bu gün, 15:18
19

Bakı şəhəri Xətai rayonu ərazisində “Podyum Park” adlı obyektin tikintisi ilə bağlı sakinlər narahatlıq ediblər.
Bu barədə Bizimesr.az-a rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, tikinti işləri park kimi istifadə olunan ictimai ərazidə aparılır. Bildirilir ki, “Podyum Park” artıq paytaxtın bir neçə nöqtəsində fəaliyyət göstərir və şəbəkə halında genişlənməkdədir. Lakin Xətai rayonunda həyata keçirilən tikintinin məhz park sahəsində aparılması suallar doğurur.
İddialara əsasən, ərazi hasarlanıb və burada ticarət obyektinin inşasına başlanılıb.
İctimai istirahət zonasında kommersiya obyektinin tikilməsi həm şəhərsalma prinsipləri, həm də vətəndaşların istifadəsində olan yaşıllıq sahələrinin qorunması baxımından araşdırılmalıdır.
Elə isə maraqlıdır- Park ərazisinin təyinatı dəyişdirilibmi?
Tikinti üçün müvafiq icazə sənədləri varmı?
Xətai Rayon İcra Hakimiyyəti bu layihə barədə məlumatlıdırmı?
Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər hansı ərazidə tikinti işlərinin aparılması üçün müvafiq icra orqanlarının icazəsi və təsdiq edilmiş layihə sənədləri olmalıdır. Eyni zamanda, ictimai əhəmiyyətli ərazilərin təyinatının dəyişdirilməsi xüsusi prosedurlar əsasında həyata keçirilir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə göndərilən sorğu cavabsız qalıb. Eyni zamanda Xətai RİH-ə göndərilən sorğulara ümumiyyətlə cavab verilmir. (Bizimesr.az )
Digər aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.
Qarşı tərəfin rəsmi açıqlamasını dərc etməyə hazırıq.
Video linkdə: https://www.bizimesr.com/az/post/xetaide-park-erazisinde-podyum-park-tikintisi---park-erazisinin-teyinati-deyisdirilib--video-20487