Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
Gündəm / Aktual
Bu gün, 12:52
19

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, hər zaman nəhəng sərvəti və restoranlar şəbəkəsi ilə gündəmə gələn Mərdan Camalzadə yeni biznes fəaliyyətinə start verib. Belə ki, son illər qida sektoruna böyük maraq göstərən icra başçısı, qısa zamanda çoxlu sayda marketə sahiblənib. Yeni marketlərin inşası və satın alınması hesabına nəhəng marketlər zənciri formalaşdıran Mərdan Camalzadə, yaxın gələcəkdə bu istiqamətdəki fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
Bunu Teref-ə göndərilən məqalənin müəllifi iddia edir. Müəllif daha sonra yazır:
İcra başçısının marketlər zənciri yaratmağa bunca böyük maraq göstərməsinə səbəb onun restoran biznesindən şikayətçi olması ilə əlaqədardır. Sadəcə Zərdabda deyil, ölkə paytaxtında ən perestijli restoranlara sahib olan Mərdan Camalzadə, yaxın çevrəsi ilə söhbətlərində son illər bu sahədə ciddi durğunluq yarandığını, restoranda əvvəlki kimi “çörək” olmadığını iddia edir. Məhz buna görə də icra başçısı restoran biznesində azalan pulları market şəbəkəsi hesabına kompensasiya etməyə qərar verib. Bu məqsədlə qısa zamanda bir neçə böyük marketə sahiblənən icra başçısı yaxın gələcəkdə bütün bu marketləri xüsusi ad və loqo altında birləşdirmək niyyətindədir.
Xatırladaq ki, adı hər zaman restoran biznesində, eləcə də müxtəlif qalmaqallarda hallanan Mərdan Camalzadənin Qarabağda gedən nəhəng quruculuq işlərinə ən minimal məbləğlə belə olsun dəstək göstərməsi ilə bağlı mediada bugünə qədər heç bir məlumat mövcud deyil.(Teref)