Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...

Gündəm / Sosial
Bu gün, 10:23 16
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...

Qubada fəaliyyət göstərən Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində maliyyə və idarəetmə ilə bağlı ciddi qanun pozuntularının baş verdiyi iddia olunur.

Məlumata görə, məktəbin direktoru Qüdrət İsmayılov vəfat etdikdən sonra direktor vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini Şöhrət Şirinova həvalə edilib. Lakin iddialara əsasən, bu vəziyyətdən istifadə edən Şöhrət Şirinov məktəbin fəaliyyətində ciddi qanun pozuntularına yol verir.
Bildirilir ki, rayonun müxtəlif kəndlərində guya idman bölmələrinin fəaliyyət göstərdiyi sənədlərdə qeyd olunur. Ancaq yerli sakinlərin sözlərinə görə, həmin bölmələrin əksəriyyəti reallıqda fəaliyyət göstərmir və yalnız kağız üzərində mövcuddur. Buna baxmayaraq, həmin bölmələrdə işlədiyi göstərilən məşqçi-müəllimlərə dövlət büdcəsindən əmək haqqı ayrılır.

İddialara görə, bu müəllimlər arasında direktor əvəzi Şöhrət Şirinovun yaxın qohumları da var. Uzun müddətdir ayrılan maaş vəsaitinin həmin şəxslərlə Şöhrət Şirinov arasında bölüşdürüldüyü bildirilir.
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi
Bununla yanaşı, məktəbdə dərs saatlarının bölüşdürülməsində də ciddi qanun pozuntularının olduğu iddia edilir. Belə ki, Şöhrət Şirinovun istədiyi müəllimlərə normadan artıq dərs saatı yazdırdığı, nəticədə dövlət büdcəsindən ayrılan vəsaitin əsassız şəkildə artırıldığı qeyd olunur.

Mənbələrin sözlərinə görə, bu səbəbdən məktəbdə dərs cədvəlinin də gizli saxlanıldığı və ictimaiyyətə təqdim edilmədiyi bildirilir.

Səsləndirilən iddiaların doğru olub-olmaması müvafiq qurumlar tərəfindən araşdırılmalıdır.
TEREF.info