Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır - AY MAŞALLAH...

Gündəm / Sosial
Dünən, 14:10 68
Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır - AY MAŞALLAH...

Dövlət Turizm Agentliyi (DTA) tərsə məssəb işlər görməkdə davam edir.
Qurum özünün yeni tenderinin nəticəsini açıqlayıb.
Məlumata əsasən DTA qış turizm ilə bağlı keçiriləcək yarışlar zamanı tədbirlərin təşkil olunmasını reallaşdıracaq şirkətlə anlaşıb. Belə ki, “BAKU HOLİDAY” MMC tenderin qalibi olub. Və qış yarışlarını keçirmək üçün Agentlikdən 174 min 174 manat pul alacaq.
Qeyd edək ki, DTA-nın belə işləri əvvəllər də olub. Məsələn, ötən yay sentyabrın 1-də, çimərlik mövzusu bitdikdən sonra Agentlik çimərlik istifadəyə vermişdi. İndi də qış qurtarır, amma qurum qış yarışları keçirməyə hazırlaşır.(Tribuna.az)