FHN-ə gül "satan" Cəvahir Məmmədova bu dəfə Mədəniyyət Nazirliynin tədbirini kecirir - TƏFƏRRÜAT
Gündəm / Sosial
Bu gün, 11:23
16
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba şəhərində fəaliyyət göstərən Soyqırım Memorial Kompleksi tərəfindən "31 mart Azərbaycanlıların Soyqırımına həsr edilmiş anım tədbiri" çərçivəsində müxtəlif istehlakyönlü xidmətlərin göstərilməsi məqsədilə keçirilən satınalma yekunlaşıb.
32gun.az xəbər verir ki, bu xidmətlərin icrası ilə bağlı fərdi sahibkar Cavahir Zahid qızı Məmmədova ilə ümumi dəyəri 8.120 AZN təşkil edən rəsmi müqavilə bağlanmışdır.
Xatırladaq ki, bir neçə gün öncə Cavahir Zahid qızı Məmmədova Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində fəaliyyət göstərən "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutu təşkilati təbii güllərin satın alınmasını qalibi olub. Tərəflər arasında dəyəri 3.560 AZN olan müqavilə imzalanıb.
Onu da qeyd edək ki, Adil Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziridir.
32gun.az
