“Bİ ES VİP” estetik mərkəzinin rəhbərliyidə məsuliyyətə cəlb olunacaq? Özbək həkim polis tərəfindən saxlanıldı…

Gündəm / Aktual
Bu gün, 12:58 16
Xəbər verdiyimiz kimi ötən günlərdə “Bİ ES VİP” estetik klinikasında xəstələri əl enerjisi ilə müalicə edən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib. İqbol Soliyevin “Bİ ES VİP” estetik klinikasında qəbuluna minlərlə xəstə gəlib. Bir xəstənin qəbulu 60 manat olub.
Çöxsaylı şıkayətlərdən sonra polis əməkdaşları tərəfindən  İqbol Soliyev saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər. Qeyd edək ki, Ekstrasens olduğu deyilən şəxs bioenerji və ya enerji terapiyası etdiyini bildirirmiş. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Xalq.online