"Green APPLE" mağazası müştərilərə kələk gəlir - GİLEY

Gündəm / Sosial
Bu gün, 11:22 26

"Yazıb sizin nəzərinizə catdırıram ki, mən kecən il 2025-ci il May tarixində Bakıda yerləşən "Green APPLE" "Yasıl Alma" mağazasından 140 manat zəmanət müddətli tablet almışam. (Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir. Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır)..." Bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova Mingəçevir şəhər sakini Elcin Həsənzadə tərəfindən ünvanlanmış müraciətdə yer alıb. Bir nüsxəsi də "Dia-az"a daxil olan müraciətdə daha sonra deyilir:
"Tableti aldığım gündən problemli çıxıb. Nə interneti dəstəkləyir, nə də proqramları. Üstəlik məhsulda müxtəlif problemlər yaşanıb. Artıq
10 aydır ki bu problemlə üz-üzəyəm və hər ay da dəfələrlə "Green APPLE" mağazasının instaqram və WhatsApp nömrəsinə nəmrəsinə zəng vurdum, üstəlik "WhatsApp" vasitəsilə narazılığımı bildirdim. Mənə araşdıracaqlarına dair hec bir söz vermədilər. Bir aydir ki onlarla hec bir əlaqə saxlamaq mümkün olmur. Burdan da görünür ki, "Green APPLE" mağazası öz üzərində heç bir məsuliyyət hiss etmir və cavabdehlik daşımaq istəmir".
Bu alınan məhsulu nə geri qaytaran, nə də bizə alınan malların hansı hallarda məhsulun dəyişməsi baradə vədlər verməyən bu mağazalar haqda vətəndaş kimi qanuni şəkildə tədbir görülməsini sizdən xahiş edirəm..."(Dia-az)