Tanınmış aparıcının həyat yoldaşına 2,4 milyonluq sifariş (FOTO)
Gündəm / Aktual
Bu gün, 18:38
27
Səhiyyənin Təminatı Mərkəzi "Azərtibbtəchizat” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət qurumun psixotrop ve narkoz dərman vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 495 956,19 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Azərtibbtəchizat” MMC 8 fevralı 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanə Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzabəyov İbrahim İdris oğludur.
Açıq mənbələrdə "Azərtibbtəchizat” MMC haqqında heç bir məlumata rast gəlinir.
İbrahim Rzabəyova gəlincə, mediada gedən məlumatlardan aydın olur ki, o, keçmiş məmur İdris Rzabəyovun oğludur. İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində) aparat rəhbəri vəzifəsinin icraçısı, yanacaq-energetika əməliyyatları baş idarəsinin rəisi, neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərib.
Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyov da qeydiyyatdadır. Bu ünvanda qeydiyyatda olan şəxslərdən biri də Rzabəyova Natella Həmid qızıdır. O, İbrahim Rzabəyovun anasıdır.
Yeri gəlmişkən, tanınmış aparıcı Kamilə Babayeva ilə evli olan İbrahim Rzabəyovun övladının adı da Natelladır.
Bu faktlar mediada gedən məlumatların doğru olması barədə qənaəti daha da möhkəmlənidir.
Qaynarinfo
