Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

Gündəm
Bu gün, 09:35 17

Son vaxtlar Bakı şəhərinin rayonlarında qanunsuz tikintilərin miqyası nəzərəçarpacaq dərəcədə artıb. Buraya Bakıətrafı, Abşeron rayonunu da aid etsək lap yerinə düşər.Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan çoxsaylı foto və videolar rayon ərazisində aparılan tikinti işlərinin böyük hissəsinin müvafiq icazələr olmadan həyata keçirildiyini göstərir. Abşeron rayonunun Xırdalan şəhərində Masazır, Görədil, Hökməli və Saray, Mehdiabad, Məmmədli, Qobu, qəsəbələrində də həmçinin.

Abşeron rayonun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb. Elə fevralın 13-də yayılan məlumatlara görə rayonun Masazır, Görədil, Hökməli və Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunmuşdur. Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlər zamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarında tikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizə orqanlarına məlumatlar verilib və inşa işləri dayandırılıb.

Burada qanunsuz tikililərin statistikası aparılsa vəziyyət necə ola bilər. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən aparılan reydlər zamanı aşkar olunan iki-üç kasıba məxsus fərdi yaşayış evləri traktorların qarşısına verilərək sökdürülür.

Amma nədənsə İH-nin başçısı Abdin Fərzəliyevin “gözyümdü” ilə icazə verdiyi qanunsuz evlərin və obyektlərin tikintisindən bəhs edilmir.

Qeyd edək ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsində, Bakı-Sumqayıt yolunun üstündə yerləşən “Cənnət” kafesinin yerində aparılan tikintini də bu qəbildən hesab etmək olar.

Redaksiyamıza verilən məlumatlara görə “Cənnət” kafesinin ümumi sahəsi neçə kvadratmetr olduğu bilinməsə də, 0,24 ha torpaq sahəsinin içində tikilib. Məlumata görə “Cənnət” kafesi bir müddət əvvəl başqa bir nəfərə satılıb. Yeni sahibi isə artıq köhnə kafeni sökərək yerində, 0,24 ha-nın içərisində daha böyük bir obyekt tikməyi planlaşdırır. Məlumata görə obyektin inşaat pasportunun tam tərtib edilməməsinə baxmayaraq artıq tikinti işlərinə başlanılıb. Bunun üçün yeni sahibin “gözyümdü”ya 270 min manat xərc çəkdiyi bildirilir.

Burada Abşeron rayon İcra Hakimiyyətinin rəsmilərinin, başçısının Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, Ceyranbatan qəsəbə bələdəyyəsinin rəhbərlərinin də adı hallanır.

Sözügedən ərazidə tikinti işlərinin hansı əsaslarla aparılması, tikintiyə icazənin olub-olmamasına aydınlıq gətirliməsi məqsədi ilə Ceyranbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi sorğumuza cavab vermədi. Ceyranbatan qəsəbə Bələdəyyəsinin sədri Cavanşir Zeynalov isə həmin ərazinin bələdiyyə torpağı olmadığını bildirdi. Bələdəyyəsinin sədri həmçinin qeyd etdi ki, sözügedən ərazi dövlət torpağıdır, sənədi var ki, tikinti işləri aparır. Sənədləri olduğunu bilirsiniz, sualımıza isə Cavanşir Zeynalov -heç bir məlumatım yoxdu-dedi.

Qeyd edək ki, tikintiyə icazə Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə rəyi əsasında verilməlidir. Abşeron rayon ərazisinsə isə şəhərsalma sənədləri ilə əsaslandırılmadan rayon İcra Hakimiyyəti tərəfindən həmin sahələrdə layihələndirmə və tikinti işlərinə icazə verməsi barədə sərəncamların imzalanması adı hala çevrilib. Yuxarıda qeyd etdiyimiz kimi kasıbların qaldırdığı divarlar bulder qabağına verilir, “gözyumdu” razılığı alanlar isə beton tökür.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə daha ətraflı məlumatlar verəcik.

Aktualinfo.net