Xaçmazda narazılıq dalğası böyüyür – sakinlər Elnur Rzayev-dən gileylənir İDDİA

Gündəm / Sosial
Bu gün, 10:36 18

Son günlər sosial şəbəkələrdə Xaçmaz rayonu ilə bağlı paylaşılan rəylər və şikayətlər diqqət çəkir. Rayon sakinləri müxtəlif problemlərlə bağlı narazılıqlarını açıq şəkildə ifadə edir və iddia edirlər ki, bəzi ərazilərdə vəziyyət getdikcə daha da pisləşir.
TEREF yazır ki, bunu sosial şəbəkə fəalı Nizami Əzizov yazır. Nizami Əzizov daha sonra yazır:
Sakinlərin sözlərinə görə, xüsusilə kənd yolları və çay ətraflarında antisanitar vəziyyət hökm sürür. Qobuqırağı kəndindən Niyazabad istiqamətinə gedən yol boyunca çay ətrafında heyvan sümükləri, dərilər və məişət tullantılarının yığıldığı bildirilir. Yerli sakinlər deyir ki, bu vəziyyət yay aylarında daha da ağırlaşır və ətrafa dözülməz qoxu yayılır.

Digər bir narazılıq isə şəhərin mərkəzinə yaxın ərazilərlə bağlıdır. Sakinlər bildirirlər ki, 8 nömrəli məktəbin yaxınlığında yerləşən küçələrdə zibil problemi ciddi hal alıb. İddialara görə, hətta kəndlərdən uşaqlarını məktəbə gətirən bəzi şəxslər tullantılarını da həmin küçələrə atırlar. Küçə sakinləri isə bu vəziyyətə nəzarətin olmamasından şikayət edir.
Bəzi sosial şəbəkə istifadəçiləri isə regionlar arasında vəsait bölgüsü ilə bağlı iddialar səsləndirirlər. Onların fikrincə, ayrılan vəsaitlərin bəzən digər istiqamətlərə yönləndirilməasi nəticəsində bəzi yaşayış məntəqələrində problemlər həll olunmadan qalır.
Digər tərəfdən, səhiyyə sahəsi ilə bağlı da suallar səsləndirilir. Bir sıra vətəndaşlar Xudat şəhərindəki tibb xidmətlərinin vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edərək bu istiqamətdə də açıqlama verilməsini tələb edirlər.
Sosial şəbəkələrdə yazılan rəylərdən belə nəticə çıxır ki, sakinlərin əsas tələbi ətraf mühitin təmizliyi və nəzarətin gücləndirilməsi, kommunal xidmətlərin daha effektiv işləməsi və yerli problemlərin operativ şəkildə həll olunmasıdır.(TEREF)
Nizami Əzizov

Qarşı tərəfdində mövqeyini dərc etməyə hazırıq!