Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Gündəm / Aktual
Bu gün, 18:48
13
Bərdə səhiyyəsində özbaşınalıqlar və şübhəli maliyyə əməliyyatları baş alıb gedir. Anaxeber.info.az-a verilən məlumata görə, rayonun doğum evi ilə bağlı yeni faktlar üzə çıxıb. Məlumata görə, Bərdənin doğum evində Baxşeyiş həkimin şəxsi vəsaiti hesabına alınan aparat uğrunda mübarizə gedir. Belə ki, həmin aparatla bağlı direktor müavini Vasif hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirilir ki, rayon prokurorluğun və polisinə şikayət edərək sözügedən aparatın doğum evinin anbarına qoyulmasını tələb edir. Halbuki həmin avadanlıq Baxşeyiş həkimin öz vəsaiti hesabına alınıb və doğum evinə məxsus deyil. Məlumatda deyilir ki, hətta bu şikayətin ardınca aparat təmirdən geri qaytarılıb və doğum evinin anbarına qoyulub. Burada əsas məqsəd isə odur ki, xəstəxanaya maliyyə yoxlaması gələndə doğum evinin müdiri Tünzalə Bəşirova və müavini Vasif həkimə bir problem yaranmasın.
Bərdə doğum evində qalmaqala səbəb olan bu hadisə indi bir məsələni açıq qoyur: Bərdə səhiyyə şöbəsi nə vaxtsa bu aparatdan alıbmı? Və alıbsa harada istifadə olunub? Üstəlik, təşkilatın direktoru olduğu halda Vasif doktor və Tünzalə xanım bu məsələyə görə niyə canfəşanlıq edirlər? Bütün hallarda məsələnin araşdırılmasına ehtiyac var. Çünki Baxşeyiş həkimin öz cibinin pulu ilə aldığı aparatı əlindən alaraq doğum evinin anbarına yerləşdiriblər, bu azmış kimi, avadanlığın tibb ocağına aid olduğunu həyasız şəkildə iddia edirlər. Görünür ki, dövlətin vəsaiti ilə alınmış, yaxud heç alınmayıb pulu yeyilmiş avadanlığın yerini Baxşeyiş doktorun aldığı ilə doldurmağa, öz qanunsuz hərəkətlərini isə ört-basdır etməyə çalışıblar. Qeyd olunur ki, məsələ barədə Səhiyyə Nazirliyindən, TƏBİB-dən və TƏBİB-in Bərdə rayon Mərkəzi Xəstəxanasından araşdırma aparılması xahiş olunur. Bu yoxlama nəticəsində müəyyən edilə bilər ki, vətəndaşa aid aparat hansı firmadan və neçənci ildə alınıb.
Азер Талибов
Anaxeber.info.az
