Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?

Gündəm / Aktual
Bu gün, 10:54 8

TEREF poçtuna daxil olan məqaləni təqdim edir. Məqalədə müəllif yazır:
Bir müddət bundan öncə ölkə mediasında Rövşən adlı maklerin Binəqədidə həyata keçirdiyi qanunsuz tikililərdən bəhs olunmuşdur. Bugünlərdə redaksiyamızı məlumatlandıran mənbə sözügedən makler və onun fəaliyyəti ilə bağlı yeni məlumatlar təqdim edib. Məlum olub ki, son vaxtlar fəaliyyətini daha da genişləndirən bu şəxs Zəngəzur restoranının arxasında – Böyükşor gölü ərazisində suyu qurudaraq yeni torpaq sahələri yaradıb. Həmin torpaq sahələri üzərində çoxlu sayda qanunsuz ev inşa edilərək vətəndaşlara təqdim olunmaqdadır."
Müəllif daha sonra yazır: "İşin ən maraqlı tərəfi isə budur ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Rövşən adlı maklerə dəfələrlə xəbərdarlıq edilsə də, adıçəkilən şəxs öz biznes maraqları naminə ictimai əmlaka qənim kəsilməkdə, qanunsuz fəaliyyətini davam etdirməkdədir. Görünən odur ki, əlaqədar dövlət qurumları Rövşən adlı maklerin öhdəsindən gələ bilmir. Bu səbəbdən də Binəqədi ərazisində “at oynadan” bu şəxs Böyükşor gölünü qurudaraq hissə-hissə “rasxoda” verməkdə, külli miqdarda vəsait qazanmaqdadır. Ümid edirik ki, əlaqədar qurmlar bu şəxsin bəd əməllərinin qarşısını almaq istiqamətində ciddi addımlar atacaq, sərt ölçü götürəcək."
Mövzunu davam etdirəcəyik.

TEREF