Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi - FOTOLAR
Gündəm / Aktual
Bu gün, 13:58
7
Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsi 35 ünvanında çəkilmiş fotolardan da göründüyü kimi, "Azəriqaz"a məxsus, istismar müddəti bitmiş boş borular sakinlərin rahatlığını pozur, eləcə də onların öz həyətyanı sahələrinə avtomobil ilə giriş-çıxışını ciddi şəkildə məhdudlaşdırır.
Sakinlərin dəfələrlə bu problemi aradan qaldırmaq üçün Sumqayıt Regional Qaz İdarəsinin rəisi Sübhi Bayramova və Təbii qazın alışı və satışı şöbəsinin rəisi Hafiz Yunusluya müraciət etmələrinə baxmayaraq, məsələ ilə bağlı hələ də heç bir tədbir görülmür və heç bir açıqlama verilmir.
Elə isə haqlı olaraq sual yaranır: Sumqayıt Qaz İstismar İdarəsinə məxsus olan və istifadə olunmayan bu boş borular əhalinin narahatlığına açıq şəkildə səbəb olduğu halda, niyə kəsilərək ləğv edilmir? Bəlkə, qurum rəsmilərinin müraciət edən sakinlərdən umacağı nəsə var?
Ümid edirik ki, Sumqayıt Regional Qaz İdarəsinin rəisi Sübhi Bayramov və Təbii qazın alışı və satışı şöbəsinin rəisi Hafiz Yunuslu tezliklə sakinlərin səsinə səs verəcəklər.
Xeberekspress.com







