Binəqədidə Ağsaray şadlıq sarayının yaxınlığında söküntü: Rəsmi qurumlar niyə susur?/VİDEO

Gündəm / Aktual
Bu gün, 14:20 16

Binəqədi rayonunda, Ağsaray şadlıq sarayının yaxınlığında söküntü işləri aparılır.Ərazidə görülən işlərlə bağlı görüntülər yayılıb. Kadrlarda müəyyən tikililərin söküldüyü, ərazidə işlərin davam etdiyi görünür. Söküntü işləri ətrafda yaşayan sakinlərin də diqqətini çəkib.

Məsələ ilə bağlı Ekologiya.az Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik.

Nazirlikdən saytımıza bildirilib ki, məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciət edilməlidir.

Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Lakin sorğumuza cavab verilməyib.

Söküntü işlərinin ərazidə, hansı əsasla və hansı qurumun icazəsi ilə aparıldığı, həmçinin ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi ilə bağlı suallarımızı cavablandırmasını gözləyirik.

Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi daxil olduğu təqdirdə xəbər yenilənəcək və yayımlanacaq.