YAP sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi sərt və prinsipial mesajlar

Gündəm / Sosial
Dünən, 22:30 14

SİYASİ ANALİZ
Məlum olduğu kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Partiyanın sədri, Prezident İlham Əliyevin çıxışı həm qarşıda duran vəzifələri müəyyənləşdirdi, həm də Azərbaycanın müasir geosiyasi reallıqlar şəraitində mövqeyinin, siyasi iradəsinin və dövlətçilik prinsiplərinin bir daha aydın ifadəsi baxımından mühüm əhəmiyyət daşıdı. Dövlət başçısının çıxışında səsləndirdiyi bir sıra prinsipial fikirlər, xüsusilə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, ideoloji risklər və ölkəmizə kənardan yol göstərmək cəhdləri ilə bağlı mesajları ciddi siyasi məzmun kəsb edirdi.Bir partiya fəalı kimi hesab edirəm ki, Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi sərt mesajların mahiyyətini düzgün qiymətləndirmək üçün onları ayrı-ayrı ifadələr kimi deyil, Müstəqil Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun və formalaşmış yeni siyasi reallıqların fonunda təhlil etmək lazımdır. Bu gün Azərbaycan həm regionda, həm də daha geniş geosiyasi məkanda öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən və həmin maraqları ardıcıl şəkildə müdafiə edən dövlətdir.Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkəmizin siyasi çəkisini və beynəlxalq mövqeyini daha da gücləndirib. Mən deyərdim ki, bu şəraitdə Azərbaycanın daxili və xarici siyasətinin hər hansı xarici dairənin diktəsi ilə müəyyənləşdirilməsi, təbii olaraq, mümkün deyil. Prezident İlham Əliyevin çıxışında ideoloji risklərə xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. Müasir dövrdə dövlətlərə təzyiq yalnız siyasi və iqtisadi vasitələrlə deyil, eyni zamanda informasiya, ideologiya və ictimai rəyə təsir mexanizmləri vasitəsilə də göstərilə bilər. Əlbətdə ki, bu baxımdan milli maraqların, dövlətçilik dəyərlərinin və cəmiyyətin siyasi sabitliyinin qorunması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Azərbaycanın daxili işlərinə heç kimin müdaxilə etməsinə imkan verilməyəcəyi barədə mövqeyi də məhz bu prinsipdən irəli gəlir! Azərbaycan müstəqil dövlətdir və öz siyasi, iqtisadi və sosial prioritetlərini özü müəyyənləşdirir. Ölkəmizin hər hansı xarici mərkəzin maraqlarına uyğun istiqamətləndirilməsi və ya siyasi qərarlarının kənardan diktə edilməsi Azərbaycanın dövlətçilik fəlsəfəsinə ziddir.Azərbaycan ərazi baxımından böyük dövlət olmaya bilər. Lakin müasir beynəlxalq münasibətlər sistemində dövlətin çəkisini yalnız coğrafi ölçülərlə müəyyən etmək düzgün yanaşma deyil. Siyasi iradə, iqtisadi potensial, milli birlik, hərbi güc və müstəqil qərarvermə qabiliyyəti dövlətin real gücünü müəyyən edən əsas amillərdəndir. Azərbaycan məhz bu istiqamətlərdə əldə etdiyi nəticələrlə özünün siyasi iradəsini və müstəqil mövqeyini ortaya qoyub.Prezident İlham Əliyevin “heç kim bizə yol göstərməsin” məzmunlu fikri də məhz ölkəmizin öz inkişaf yolunu özü müəyyən etdiyini ifadə edir. Bu yanaşma hər hansı dövlətə qarşı yönəlmiş münasibət deyil. Əksinə, bu, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə əsaslanan mövqedir.Azərbaycan bütün tərəfdaşları ilə əməkdaşlığa, dialoqa və qarşılıqlı faydalı münasibətlərə açıqdır. Lakin əməkdaşlıqla müdaxilə arasında prinsipial fərq mövcuddur. Azərbaycan əməkdaşlıq edə bilər, fikir mübadiləsi apara bilər, müxtəlif beynəlxalq platformalarda tərəfdaşları ilə qarşılıqlı fəaliyyət göstərə bilər, amma öz milli maraqlarına və dövlətçilik prinsiplərinə zidd olan diktə və təzyiqi qəbul etməz. Məhz buna görə Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mesajlar həm daxili auditoriyaya, həm də Azərbaycanın siyasi iradəsini düzgün qiymətləndirməyən xarici dairələrə aydın mövqenin ifadəsi kimi dəyərləndirilə bilər. Bu mesajların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz taleyini özü müəyyən edir, öz qərarlarını özü verir və milli maraqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan son illərdə böyük siyasi, iqtisadi və hərbi güc potensialı formalaşdırıb. Ən əsası isə xalq–hakimiyyət birliyi, milli həmrəylik və dövlətçilik düşüncəsi ölkəmizin əldə etdiyi uğurların fundamental dayaqlarına çevrilib. Məhz bu baxımdan hesab edirəm ki, VIII Qurultayda səsləndirilən sərt və prinsipial mesajlar sadəcə siyasi bəyanat deyil, Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişaf kursunun aydın ifadəsidir. Məlum olduğu kimi Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Partiyanın sədri, Prezident İlham Əliyevin çıxışı həm qarşıda duran vəzifələri müəyyənləşdirdi, həm də Azərbaycanın müasir geosiyasi reallıqlar şəraitində mövqeyinin, siyasi iradəsinin və dövlətçilik prinsiplərinin bir daha aydın ifadəsi baxımından mühüm əhəmiyyət daşıdı. Dövlət başçısının çıxışında səsləndirdiyi sərt mesajlar, bir sıra prinsipial fikirlər, xüsusilə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, ideoloji risklər və ölkəmizə kənardan yol göstərmək cəhdləri ilə bağlı mesajları ciddi siyasi məzmun kəsb edirdi.Bir partiya fəalı kimi hesab edirəm ki, Prezident İlham Əliyevin Qurultayda səsləndirdiyi sərt mesajların mahiyyətini düzgün qiymətləndirmək üçün onları ayrı-ayrı ifadələr kimi deyil, Müstəqil Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun və formalaşmış yeni siyasi reallıqların fonunda təhlil etmək lazımdır. Bu gün Azərbaycan həm regionda, həm də daha geniş geosiyasi məkanda öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən və həmin maraqları ardıcıl şəkildə müdafiə edən dövlətdir.Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkəmizin siyasi çəkisini və beynəlxalq mövqeyini daha da gücləndirib. Mən deyərdim ki, bu şəraitdə Azərbaycanın daxili və xarici siyasətinin hər hansı xarici dairənin diktəsi ilə müəyyənləşdirilməsi, təbii olaraq, mümkün deyil. Prezident İlham Əliyevin çıxışında ideoloji risklərə xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. Əlbətdə ki, müasir dövrdə dövlətlərə təzyiq yalnız siyasi və iqtisadi vasitələrlə deyil, eyni zamanda informasiya, ideologiya və ictimai rəyə təsir mexanizmləri vasitəsilə də göstərilə bilər. Əlbətdə ki, bu baxımdan milli maraqların, dövlətçilik dəyərlərinin və cəmiyyətin siyasi sabitliyinin qorunması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Azərbaycanın daxili işlərinə heç kimin müdaxilə etməsinə imkan verilməyəcəyi barədə mövqeyi də məhz bu prinsipdən irəli gəlir! Azərbaycan müstəqil dövlətdir və öz siyasi, iqtisadi və sosial prioritetlərini özü müəyyənləşdirir. Ölkəmizin hər hansı xarici mərkəzin maraqlarına uyğun istiqamətləndirilməsi və ya siyasi qərarlarının kənardan diktə edilməsi Azərbaycanın dövlətçilik fəlsəfəsinə ziddir.Etiraf edim ki, bu gün Azərbaycan ərazi baxımından böyük dövlət olmaya bilər, lakin müasir beynəlxalq münasibətlər sistemində dövlətin çəkisini yalnız coğrafi ölçülərlə müəyyən etmək düzgün deyil. Siyasi iradə, iqtisadi potensial, milli birlik, hərbi güc və müstəqil qərarvermə qabiliyyəti dövlətin real gücünü müəyyən edən əsas amillərdəndir. Azərbaycan məhz bu istiqamətlərdə əldə etdiyi nəticələrlə özünün siyasi iradəsini və müstəqil mövqeyini ortaya qoyub.Qətiyyətli Prezident İlham Əliyevin “heç kim bizə yol göstərməsin” dərin məzmunlu fikri də məhz ölkəmizin öz inkişaf yolunu özü müəyyən etdiyini ifadə edir! Əlbətdə ki, bu yanaşma hər hansı dövlətə qarşı yönəlmiş münasibət deyil. Əksinə, bu, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə əsaslanan mövqedir. Azərbaycan bütün tərəfdaşları ilə əməkdaşlığa, dialoqa və qarşılıqlı faydalı münasibətlərə açıqdır. Lakin əməkdaşlıqla müdaxilə arasında prinsipial fərq mövcuddur. Azərbaycan əməkdaşlıq edə bilər, fikir mübadiləsi apara bilər, müxtəlif beynəlxalq platformalarda tərəfdaşları ilə qarşılıqlı fəaliyyət göstərə bilər, amma öz milli maraqlarına və dövlətçilik prinsiplərinə zidd olan diktə və təzyiqi qəbul etməz. Məhz buna görə Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mesajlar həm daxili auditoriyaya, həm də Azərbaycanın siyasi iradəsini düzgün qiymətləndirməyən xarici dairələrə aydın mövqenin ifadəsi kimi dəyərləndirilə bilər. Fikrimcə bu mesajların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan öz taleyini özü müəyyən edir, öz qərarlarını özü verir və milli maraqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan son illərdə böyük siyasi, iqtisadi və hərbi güc potensialı formalaşdırıb. Ən əsası isə xalq–hakimiyyət birliyi, milli həmrəylik və dövlətçilik düşüncəsi ölkəmizin əldə etdiyi uğurların fundamental dayaqlarına çevrilib. Elə bu baxımdan da hesab edirəm ki, YAP-n sədri, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi sərt və prinsipial mesajları siyasi bəyanat yox, Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişaf kursunun aydın ifadəsidir ! Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan heç bir xarici təsir qarşısında öz milli maraqlarından geri çəkilməyəcək və dövlətimizin siyasi iradəsi heç bir halda kiçik hesab edilə bilməz. Ölkə rəhbərinin Qurultayda vurğuladığı kimi: “Azərbaycan ərazicə kiçik ola bilər, lakin heç kim onun siyasi iradəsini kiçik hesab etməsin!” Bu fikir Azərbaycanın bugünkü siyasi reallığını ən dəqiq ifadə edən mesajlardan biridir. Çünki Azərbaycan artıq yalnız öz regionunda deyil, daha geniş coğrafiyada müstəqil qərarları, prinsipial mövqeyi və milli maraqlara əsaslanan siyasəti ilə hesablaşılan dövlətdir.


Yeni Azərbaycan Partiyası
Saatlı rayonu Təşkilatı 15 s. ƏPT-n sədri Vüqar Məmmədov.