Bəlkə Zülfəli İsmayılovun da həbsini tələb edəsiniz..? - ÇAĞIRIŞ
Gündəm / Aktual
Bu gün, 11:55
16
Neçə müddətdir ki, paytaxt Bakıda BayırŞəhər ərazisində məmur özbaşınalığı, sakinlərə divan tutulması, ən primitiv haqq və hüquqların belə pozulması adi hala çevrilib. "Dia-az" xatırladır ki, Bayır şəhər ərazisində dövlət adından söküntü işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov özünün şəxsi mənfi xüsusiyyətləri ilə diqqət cəlb etməkdədir.
Belə ki, sakinlərin evlərini onların razılığı olmadan sökən və bu zaman xüsusi amansızlıq nümayiş etdirən Zülfəli İsmayılov yenə də iş başındadır.
Sorağı bu dəfə Zərgərpalan 46 ünvanından gəlir.
Yuxarıdakı fotonu təqdim edən sakinlər yazır: "Tarixi abidəni Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Tikinti şöbəsinin müdiri Zülfəli İsmayılov qəzalı vəziyyətə salınması üçün buldozerlə vurduraraq zədələyib.
Nizami mərkəzində divara yazı yazan gənc tələbə qızlara ən ağır cəza tələb edib həbs etdirənlər.... hardasınız? Niyə susmusunuz? Bəlkə Zülfəli İsmayılovun da təcili həbsini tələb edək?
Bu birinci deyil, sonuncu də olmayacaq.
4 tarixi abidə buldozerlə zədələnib, biri yarıya kimi sökülüb, biri isə qəsdən yandırılaraq məhv edilib..."
Məsələ diqqətimizdədir...
"Dia-az"

