Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video

Gündəm / Ölkə
Bu gün, 17:26 22

Bakı Neft-Energetika Kollecinin direktor əvəzi Zümrüd Vəliyevanın doğum günündə kollecin müəllimləri ilə bağlı səsləndirilən fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bizimesr.info xəbər verir ki, narazılıq yaradan görüntülərdən məlum olur ki, Zümrüd Vəliyeva və doğum gününə yığılan dostları kollecin bir neçə əməkdaşının işdən çıxarılmasını gülüşlə qarşılayıblar.

Belə ki, Zümrüd Vəliyevanın ad günü tədbirindən yayılan görüntülərdə iştirakçılardan birinin gələn il daha çox işçinin ixtisar ediləcəyinə dair ifadəsi diqqət çəkib. Həmin fikir kollecdə gələcək kadr dəyişiklikləri ilə bağlı müzakirələrə yol açıb.

Əməkdaşların işdən azad edilməsinin səbəbləri, bu qərarların hansı meyarlar əsasında verilməsi və gələcəkdə yeni ixtisarların nəzərdə tutulub-tutulmadığı ciddi narazılıq yaradıb. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq araşdırma aparılması vacib hesab olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİMKDƏ: https://www.bizimesr.info/az/post/rufet-ezizovun-teyin-etdiyi-kadrin-goruntuleri-yayildi--video-23918