Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
Hadisə
Dünən, 17:34
362
Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu.
Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.
“Bəzi xəbər saytlarında Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin “qida zəhərlənməsi” (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.
Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. Zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər”, - Agentlikdən bildirilib.