Azərbaycan və Türkiyə idmançıları İrəvandakı yarışa qatılmayacaq

İdman
2-11-2023, 22:40 2 073
Azərbaycan və Türkiyə idmançıları İrəvandakı yarışa qatılmayacaq

Noyabrın 10-12-də İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə idmançıları iştirak etməyəcək.

Bu barədə Ermənistan Sambo Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, artıq 70-dən çox ölkənin nümayəndəsi yarışda iştirak etmək üçün ərizə verib.

500-dən çox idmançının və 2500-dən çox qonağın İrəvana gələcəyi gözlənilir.