Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Ölkə
5-02-2022, 19:35
139
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7704 yeni yoluxma faktı qeydə alınıb, 4109 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
04 Fevral 2022-ci il tarixində 7050 yoluxma faktı və 26 ölüm qeydə alındığı açıqlanmışdı. 05 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7704) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 448 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 025, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 31 325 nəfərdir.