Unutmarıq və unutdurmarıq! 20Yanvar.
Ölkə
20-01-2025, 17:30
337

Artıq bu faciədən,20 Yanvar hadisəsindən düz 35 il ötür.Qan yaddaşımız olan bu hadisəni müstəqillik və suverenlik uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirmək olar.Əbədi olaraq müstəqil və müasir Azərbaycanın tarixinə həkk olundu bu faciə.1990-cı ilin 20 yanvar tarixində xalqımız azadlığı, müstəqilliyi uğrunda şəhidlər versədə, iradəsi-əzmi qırılmadı,milli ruhu sarsılmadı.Bu hadisə zamanı ümummilli mənafelərin müdafiəsi üçün canından, qanından keçmiş, şəhid olmuş Vətən övladları çox böyük fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.Baş vermiş faciənin şahidi olaraq, mən xüsusi bir məqamı vurğulamaq istəyirəm, ölkəmizdə hadisəyə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi
məsələsi ulu öndər Heydər Əliyevin sayəsində həllini tapmışdır.Bildiyiniz kimi 1990 cı ilin Yanvar ayının 21-də ulu öndər Heydər Əliyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərindəki nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi,baş vermiş 20 Yanvar faciəsinə siyasi qiymət vermişdir.Baş vermiş hadisəyə mərkəzin və o zamankı ölkəmizin rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etmişdir.Ulu öndər baş vermiş faciə ilə bağlı xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib başda Qorbaçov olmaqla Bakıdakı terror aktına şərait yaradan hakimiyyət nümayəndələrini və cinayətkarları, dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandır
dı.Nəhayət 1990-cı ilin iyul ayında Moskvadan Vətənə qayıdan xalqının və dövlətinin xilaskarı Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan Respublikası Naxçıvan Ali Məclisində qəbul olunmuş və 20 Yanvar
faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda,qədirbilən xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi əbədi olaraq tarixə düşdü. Bir məqama diqqətinizi çəkmək istəyirəm, həmin sənəddə ölkə səviyyəsində faciəyə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb olunurdu.Ən əsası isə, ölkəmiz müstəqillik əldə etdikdən sonra, 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə nə cəsarət, nədə ki, güc tapmadı. Qürurla qeyd edirəm ki,idealım,xilaskarımız, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, məhz 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı və qiyməti verildi. Beləliklə xalqımız 35 il əvvəl,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən o dəhşətli, unudulmaz qanlı hadisələri tək faciə kimi yox, həm də milli azadlıq hərəkatımızın oyanışı, yüksəlişi və xalqımızın yenilməz əzmkarlığı kimi xatırlayır. Həmin gün xalqının azadlığını,şərəf və ləyaqətin i hər şeydən uca tutan mərd vətən övladları
canlarından keçərək, ən uca zirvə olan şəhidlik zirvəsinə ucaldılar.Əbədi ölümsüzlük qazandılar. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar cinayətkar sovet ordusu tərəfindən amansızlıqla qətlə yetirildi.Xalqımıza qarşı bu qanlı terrorun həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edəndə ulu öndər Heydər Əliyev oldu. Bu gün biz istər o qanlı gecənin, istərsə də Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz ruhunu daim böyük ehtiramla yad edirik.Unutmuruq və unutdurmarıq! Sonda isə Dövlətimizin Şəhid ailələrinə diqqəti və qayğısının davam etməsini xüsusi vurğulamaq istəyirəm.Müstəqilliyimizin təminatçısı və qarantı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
bu haqda çoxsaylı fərman və sərəncamları
bunun bariz nümunəsidir! Azadlığımız və Suverenliyimiz uğrunda mübarizə tarixinə şərəflə yazılan, qəhrəmanlıq səlnaməsi olan 20 Yanvar faciəsini, xalqımız əbədi olaraq unutmayacaq və unutdurmayacaqdır! Sonda bir daha qeyd edim ki, Xalqımız öz tarixi qəhrəmanlıq ənənələrinə
sadiq olduğunu 44 günlük Vətən müharibəsində növbəti dəfə bir daha sübut etdi və 30 illik düşmən taptağında olan tarixi torpaqlarımızı Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Qətiyyətli Ali Baş Komandan İlham Əliyevin çevik, uzaqgörən hərbi-siyasi fəaliyyəti ilə,Şəhidlərimiz-in canı,Qazilərimizin qanı bahasına işğaldan azad olundu.
Uca Allahdan 20 Yanvar və bütün Şəhidlərimizə rəhmət istəyir, onların müqəddəs ruhu qarşısında baş əyirik!
Saatlı rayonu sakini,
UNEC-n məzunu
Vüqar MƏMMƏDOV.