“Yaşasın Azərbaycan – Türkiyə – Pakistan birliyi və qardaşlığı!”
Sosial
31-05-2025, 09:06
379

Prezident İlham Əliyevin bu cümləsi keçirilən üç tərəfi böyük toplantının möhtəşəmliyini və regionumuz üçün əhəmiyyətini tam ifadə edir.Dini bir, adəti bir, az qalsın mənsubiyyəti bir olan bu üç ölkələr arasında çox qədim, tarixi, mədəni bağlar vardır.Dinimiz islam isə bizi birləşdirir.Bir sözlə ortaq dinimiz,mənəviyyatımız,
mədəniyyətimiz nəhayət tarixi dəyərlərimiz mövcuddur. Bəli, qeyd edim ki, dost, qardaş Pakistan Respublikası yerləşdiyi, coğrafi relyef baxımından uzaq olsa da,siyasi və hərbi müdafiə baxımından bizə, eləcə də qardaş Türkiyəyə çox yaxındır.Hər iki dost-qardaş ölkə arasında inkişaf edən çoxşaxəli,hərtərəfli əlaqələr sülhün davamlı və möhkəm olmasına gətirib çıxaracaqdır.Güc və birlik böyük qüdrətdir. Qürur hissi ilə vurğulayıram
ki,bu sülhü pozmaq istəyənlər bu qüdrətin qarşısı
nda acizdirlər və acizdə olacaqlar.Həmin bu görüş dünya üçün çox böyük əhəmiyyətlidir və bir mesajdır.Azərbaycan, Türkiyə və Pakistan Respublikalarının Prezidentlərinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün və qardaşlığın əyani nümunəsini göstərdi.Birlik və bərabərlik, dostluq ,qardaşlıq inkişafa, sülhə xidmət etdiyini bir daha təsdiqlədi.Müdafiə, nəqliyyat, ticarət və sair strateji sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üç tərəfli görüşdə xüsusi olaraq vurğulandı.
Qardaş ölkə Türkiyənin bütün addımlarında ölkəmizin və Pakistan Respublikasının ona dəstək verməsi, yaxın vaxtda Azərbaycan və Türkiyənin Hindistanla Pakistan arasındakı məsələdə Pakistana dəstək verməsi, həmçinin hər iki qardaş ölkənin Qarabağ savaşında Azərbaycana verdiyi ciddi dəstək bu əlaqələri daha da möhkəmləndirdi.Ölkələrimizə qarşı çirkin niyyətlərin qarşısını almaq, bölgədə sülhü bərpa etmək və ən əsası isə qoruyub saxlamaq üçün bu zirvənin çox böyük əhəmiyyəti oldu.Sülh və inkişaf üçün birləşmiş bu ölkələr eyni zamand a dünyaya açıq mesaj verdi ki, : əgər pozucu niyyətlər və buna cəhdlər olarsa, hər kəs bu birliyi və bu dövlətləri qarşısında görəcəkdir.Keçirilən bu toplantı ikinci zirvə idi. Toplantıda da vurğulandığı kimi bu görüşlər davamlı olacaq və Qafqazda, eyni zamanda Orta Asiyada təhlükəsizliyin davamlı olmasında öz təsirini göstərəcəkdir.Sonda bir daha qeyd edim ki, qədirbilən xalqımız Azərbaycan-Türkiyə və Pakistan Respublikalarının bu formatda birliyinin və qardaşlığının Qafqaz, ümumiyyətlə region üçün həm təhlükəsizlik, həm də ölkələrin inkişafı baxımından çox mühüm əhəmiyyətə malik olduğunun şahidi oldu.
UNEC-n məzunu
Vüqar MƏMMƏDOV.