PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Sosial
Dünən, 19:24
11

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.
Mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.
O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunan general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.
Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasında vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.
Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.
Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.

