Biləsuvarın icra başçısına “DUR” deyən olcaqmı?! –Dövlətin pulun "öz qanunları" ilə xərcləyir

Sosial
Bu gün, 19:35 97
Biləsuvarın icra başçısına “DUR” deyən olcaqmı?! –Dövlətin pulun "öz qanunları" ilə xərcləyir


Ölkədə “N” sayda eyni işləri görə biləcək şirkətlər olduğu halda, niyə məhz "İMZA CONSTRUCTION" MMC?

Biləsuvar Rayon İcra Hakimiyyəti "İMZA CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə imzalayıb. Rayonun küçə və yollarının əsaslı təmiri ilə bağlı bağlanmış müqavilə ilə icra hakimiyyəti bu şirkətə 314.439,87 manat ödəməli olacaq...

Bu dəfə də, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Müvafiq tender elan edilmədən, birbaşa, bir mənbədən olmaqla...

Xatırladaq ki, bir mənbədən satınalma Biləsuvar Rayon İcra Hakimiyyəti üçün heç də ilk deyil. Elə yaxın günlərdə Yenixeber.org olaraq bu mövzuda yazmışdıq: “Baku Buılding” MMC ilə Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə də bağlı bir mənbədən olmaqla müqavilə bağlanıb(?) (Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/190738-bil%C9%99suvarda-d%C3%B6vl%C9%99tin-pulu-k%C3%B6n%C3%BCl-ist%C9%99yi-il%C9%99-x%C9%99rcl%C9%99nir.html

Görünür Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov bir növ adətkarda olub. Dövlətin pulunu dövlətin məlum qanunları ilə deyil, "öz qanunları" ilə xərcləyir. Və bu mövzuda medianın sorğusunu cavabladırmağın da, vəzifə borclarından biri olduğunu “unudur”...Hələ ki, adama bir “DUR” deyən yoxdur!

Qeyd edək ki, bir mənbədən satınalma qanunla mümkündür. Amma,.. müvafiq əsaslandırmalarla!

***

Bu arada xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

Elə isə maraqlıdır, Biləsuvar rayonunda küçə və yolların əsaslı təmiri ilə bağl müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa

"İMZA CONSTRUCTION" MMC ilə müqavilə bağlamaq hansı zərurətdən doğdu? Ölkədə “N” sayda bu işləri görə biləcək şirkətlər olduğu halda, niyə məhz "İMZA CONSTRUCTION" MMC? Və s.

Şübhə yox ki, günlərin birində aidiyyatı dövlət instansiyaları Faiq Qürbətovdan bu suallara cavab istəyəcəklər...(Yenixeber.org)