Nazirliyə verilən elmi institutların hazırki durumu necədir? -Akademikdən açıqlama
Təhsil / Ölkə
15-02-2023, 17:51
169
“Hazırda hədəfimiz həm elmi tədqiqat işlərinin, həm də təhsilin effektivliyini artırmaqdır. Nə təhsilsiz elm ola bilər, nə də elmsiz təhsil. Elmlə təhsilin inteqrasiyası bir nömrəli məsələdir".
Bu sözləri Moderator.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev deyib:
D.Tağıyev açıqlamasında Elm və Təhsil Nazirliyinin tabeliyindəki institutlarda elmi tədqiqatla bağlı görüləcək işlərdən söz açıb:
“Hazırda hədəfimiz həm elmi tədqiqat işlərinin, həm də təhsilin effektivliyini artırmaqdır. Nə təhsilsiz elm ola bilər, nə də elmsiz təhsil. Elmlə təhsilin inteqrasiyası bir nömrəli məsələdir. Əsas məqsədimiz universitetlərlə, ali məktəblərlə əlaqəni gücləndirmək, birgə layihələr hazırlamaq, daha sonra magistr hazırlanmasında iştirak etməkdir.
Digər tərəfdən Azərbaycan Milli Elmlər Akademiyasının resurslarından, universitetlərin də kadr potensialından istifadə edərək elmi irəli aparmaq üçün birlikdə lazımi tədbirlər görülməsidir.
Bu gün Elm və Təhsil Nazirliyinin nəzninə keçirilən institutlarda maliyyələşmə nazirlik tərəfindən həyəta keçirilir. İnstitutlar iş planları hazırlayaraq nazirliyə göndəriblər. Yanvar ayında Elm və Təhsil Nazirliyinə daxil olan institutlar öz hesabatlarını göndəriblər. Çalışacağıq ki, prezidentin sərəncamını yerinə yetirməklə həm elmin, həm də təhsilin inkişafına mümkün qədər töhfəmizi verək. Bu, bir günün içərisində alınacaq məsələ deyil. Düşünüb müzkirədən keçirərək addımlar atmaq lazımdır”.