“Zirvə Yolu” və “Azerinews.az” saytları haqqında məlumat, “Azerinews.az” saytına təyin olunan yeni Baş Redaktor

Aktual
18-11-2023, 23:58 83
“Zirvə Yolu” və “Azerinews.az” saytları haqqında məlumat, “Azerinews.az” saytına təyin olunan yeni Baş Redaktor

“Zirvə Yolu” və “Azerinews.az” saytları haqqında məlumat:

Milli mətbuatın inkişafına töhfə vermiş qəzetlər. Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır.

İlk öncə onu bildirək ki, “Zirvə yolu” redaksiyası 2013-cü ildən fəaliyyətə başlayıb. Redaksiyanın məqsədi fəaliyyətə başladığı müddətdən bu günə kimi Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq formada çox sayda jurnal və qəzetlərin çapını həyata keçirməkdir. “Zirvə yolu” redaksiyası ilə yanaşı həmin vaxtdan etibarən Zirveyolu.info saytı fəaliyyətə başlamış və bu saytı təsis etməkdə də məqsəd ölkədə və dünyada baş verən ən mühüm xəbərləri dəqiq və qərəzsiz şəkildə ictimaiyyətə çatdırmaqdır. Saytımızın eyni zamanda sosial şəbəkələri də mövcuddur ki, bu da xəbərlərin anında (isti xəbər formasında) ictimaiyyətə çatdırılmasını təmin edir. Həmin sosial şəbəkələr Facebook, Twitter, Telegram, İnstagram və TikTok-dur ki, hansı ki, hər biri özlüyündə bir informasiya vasitəsidir. Bir daha xüsusi olaraq qeyd edək ki, xəbər saytı kimi hər zaman ölkəmizdə və dünyada baş verən ən mühüm xəbərləri doğru və düzgün, qərəzsiz və dolğun olaraq siz oxuculara çatdırmaq üçün gecə-gündüz çalışırıq. Bizim kollektiv bundan sonra da daha keyfiyyətli şəkildə sizlərə xidmət etməkdə davam edəcək! Yeri gəlmişkən onu da əlavə edək ki, “Azerinews.az” saytı da 2023-cü il oktyabr ayından Beynəlxalq İctimai-Siyasi İnformasiya Agentliyi olaraq fəaliyyətə başlayıb. Bu saytın da təbii ki, əsas məqsədi ölkədə və dünyada baş verən ən mühüm xəbərləri dəqiq və qərəzsiz şəkildə ictimaiyyətə çatdırmaqdır.

Məlumat üçün qeyd edək ki, “Zirvə yolu” redaksiyasının və Zirveyolu.info saytının, həmçinin “Azerinews.az” saytının da Təsisçi və Baş redaktoru Arif Baratzadədir. Arif müəllim hər zaman işinə çox böyük məsuliyyətlə yanaşıb və öz işini də layiqincə yerinə yetirən bir şəxs olaraq tanınır. Elə məhz buna görə də Arif müəllim hər iki sayta baş redaktorluq vəzifəsini icra etməyə layiq görülüb.

Əminik ki, dövrümüzün öz dəsti-xətti ilə mətbuat salnaməmizin bir qolu kimi «Zirvə yolu» jurnalı bugünkü uğurlarımızı, keçdiyimiz inkişaf yolunu olduğu kimi Arif Baratzadənin rəhbərliyi ilə milli ruhun güclənməsi, Vətənçilik, Azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərə çarpacaq bir dalğalanma yaradacaq və gələcək nəsillərə çatdıracaqdır. Vətənpərvərliyin, milli dövlətçiliyin, qəhrəmanlığın, bahadırlığın, ümumilikdə Azərbaycançılığın təbliğ edilməsində öz töhfəsini verməkdə davam edəcək.

Həmçinin Arif müəllimin “Azerinews.az” saytının da baş redaktorluğu vəzifəsinə təyin edilməsi bir daha onu sübut edir ki, Arif müəllim hər bir işində olduğu kimi bu saytın da hər zaman öndə gedib, operativ bir xəbər saytı olmasının öhdəsindən tam məsuliyyətlə gələ biləcək.

Arzu edirik ki, yeni vəzifənizdə Azərbaycan naminə, dünyada yüksək nüfuzu uğrunda mübarizədə daha da yüksələ və hamımız üçün qürur mənbəyinə çevrilə biləsiniz.

Hörmətli Arif müəllim biz də redaksiyamız adından Sizi bu yeni və məsuliyyətli vəzifəyə layiq görülməyiniz münasibətilə təbrik edirik.