Tanınmış sənətçinin BANK KARTI QARƏT OLUNDU - "Evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?"
Gündəm / Sosial
Bu gün, 11:47
10
Özünü ölkənin ən qədim və güvənli bankı kimi təqdim edən "Kapital Bank"In primitiv bank təhlükəsizliyinə belə təminat verməməsi artıq bir faktdır. Və fakt olanı həm də odur ki, bunca vətəndaş gileylərinə rəğmən bank nəinki hansısa tədbiri görmür, hətta bəzi hallarda pullarını itirmiş, kibertəhülkəsizliyin təmin olunmaması səbəbindən hesabları, bank kartları qarət olunmuş müştərilərini belə ittiham edirlər.
Bu isə sözügedən bankın məhz DÖVLƏT HİMAYƏSİ altında olması səbəbindən yaranmış arxayınçılığından başqa bir şey deyil. Məlumdur ki, dövlət müəssisələrində əksər iş yerlərində əməkhaqqılar məhz "Kapital Bank" hesabları ilə ödənilir ki, bu da sözügedən bankı bir növ arxayın salıb, eyni zamanda rahatlkıqla müştəri narazılıqlarını qulaqardına vurmaları ilə müşaiyət olunmaqdadır.
Biz isə "DİA-AZ" olaraq növbəti vətəndaş gileyini - bank kartı məhz "Kapital Bank"ın səriştəsizliyi səbəbindən qarət olunmuş vətəndaşın müraciətini təqdim edirik. Qeyd edək ki, bu dəfə şikayətçi düşən tanınmış sənət adamıdır. Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Prezident mükafatçısı , Prodüser İbrahim Türksoy Salamov da "Kapital Bank"ın qurbanlarından birinə çevrilib, maləsəf...
Tanınmış sənətçimiz bu barədə müraciətində bildirir:
"Mənim "Kapital Bank"a aid "Birkart"ımdan pulum çəkilib. 29 Oktyabr 2026- cı il tarixində iş sonrası Şəki Rayonunun Baş Küngüt kəndində film çəkilişi zamanı kartıma müdaxilə olunub. Və içərisində olan maaşım və maaş sonrası aldığım avans kartdan silinib. Bu barədə "Kapital Bank"a məlumat verdim... Tələb etdim ki, mənim kartımdan pul (800 AZN) silinib, siz necə güvənli banksınız müştərinin rahatlığı, məmnuniyyəti sıfırdır ki, bu hal baş verib...
Mənə 3 iş günü müddətində araşdırma aparılacağını və silinən (oğurlanan) pulun bərpa olunacagını dedilər.
Polis isə izahatım sonrası araşdırmaya başlayacağını bildirdi.
Məsələ əslində sırf "Kapital Bank"ın məsələsidir. Bank güvənsizdirsə, birbaşa müştərilərə bildirməlidir ki, əmanətinizi bu banka qoymayın. Mən kirayədə qalıram və həmin pul kirayə üçün idi... İndi mənə "Kapital Bank" izahat versin görüm, evin kirayəsini, kommunal xərcləri necə ödəyəcəm?Papaq atıb dilənməliyəm?"
Məsələ diqqətimizdədir...
