Rostov-na-Donuda bütün kütləvi tədbirlər ləğv edildi
Dünya
24-06-2023, 10:00
443
Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib.
Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında bildirib.
“Həftəsonu Rostov-na-Donuda planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edildi”, - o yazıb.
Qolubev, həmçinin şəhər sakinlərini şəhərin mərkəzinə getməməyə və evlərini tərk etməməyə çağırıb.
Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostova daxil olduğunu bildirib: “Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib”. O, qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini qeyd edib.