Tokioda metronun yaxınlığında partlayış olub, 10 nəfər xəsarət alıb

Dünya
27-05-2025, 13:15 50

Yaponiyanın Tokio şəhərinin Edoqava rayonunda tikinti meydançasında baş verən partlayış nəticəsində on nəfər yaralanıb.

Partlayış bu gün səhər saatlarında Tokio metropoliteninin Kasai stansiyası yaxınlığındakı yaşayış rayonunda baş verib.

Xəsarət alanlar arasında 20-70 yaşarası yerli sakinlər və fəhlələr var.

Yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürən maşın cəlb edilib. Yanğın təxminən 90 dəqiqə ərzində lokallaşdırılıb.

Şahidlər ardıcıl beşə yaxın partlayış səsi eşitdiklərini bildirirlər.