Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib

Dünya
Bu gün, 15:34 14

Həyəcan siqnalı verən Praqa-Buxarest reysinin təyyarəsi Otopeni şəhərində (Buxarestdən 16 km şimalda yerləşir) Anri Koanda adına hava limanında uğurla eniş edib.

Hadisə ilə bağlı zəruri prosedurlara başlanılıb.

Bildirilib ki, göyərtəsində 102 sərnişin və 6 heyət üzvünün olduğu "TAROM" şirkətinin təyyarəsi daha əvvəl partlayış təhlükəsi barədə məlumat verib.