ANAR CƏFƏROVUN BÖYÜK"İŞTAHASI" !

Gündəm / Ölkə / Aktual
12-03-2022, 15:30 11 702

Atalar məsəli var belə; "utanmasan oynamağa nə var ki" !!!
Bu deyim sanki Daxili İşlər Nazirliyinin,Baş Dövlət Yol Polisi İdarəsinin
Şirvan Şəhər Regional Qeydiyyat-İmtahan Texniki Baxış Şöbəsinin rəisi Polkovnik Anar Cəfərov üçün nəzərdə tutulmuşdur.
Şüphəsiz ki,söhbət onun toylarda və şənliklərdə "qol qaldırıb "oynamasından deyil,Dövlət idarəsində DİN-ə,aid olan BDYPİ-də çıxardığı hoqqabazlığından gedir.
Anar Cəfərovun qanunsuz hərəkətləri,vəzifə səlahiyyətləri ilə bir yana sığmayan öznaşnalıqları barədə Anar Cəfərov BDYPİ-nin Şirvan Şəhər Regional Qeydiyyat-İmtahanTexniki Baxış Şöbəsini "Kolxoz bazarına "çevirib və Daxili İşlər Nazirliyinə ləkə gətirən Anar Cəfərovun "Gülünc doğuran" özbaşnalığı adlı tənqidi-sərlöhvəli yazıları oxucuların ixtiyarına vermişdik.
Anar Cəfərov qanunsuz hərəkətləri,özbaşnalığı,qanunlara məhəl qoymayan,rüşvət və korrupsiya yolu ilə hər ay" üç yüz min "manatdan çox vəsaiti, şöbədə yerləşdirdiyi , inandığı şəxslərin və "qoçu dəstəsinin " vasitəsi ilə əldə edir.
DTX və Baş Prokurorluq yanında,korrupsiyaya qarşı mübarizə prokrorluğu yazıda əks olunan faktları təsdiqləmək üçün Anar Cəfərovun "qara kassasına" və şöbədə ki" cib soyan" vasitəçilərinə hər hansı işlə bağlı "şərti  iş görən " məsələn sürücülük vəsiqəsi alan ,şəxs kimi müraciət edə bilərlər. Bu zaman Anarın "onların qonağı olmasıda" tezləşəcək.
Bu günlərdə tənqid atəşinə tutduğumuz,DİN-nin nüfuzuna xələl gətirən idarə rəisi Anar Cəfərov barədə başqa "şok verici" məlumatlar almışıq.
Anar Cəfərovun yaxınlarının Pənah Hüseyinovla qohumluq əlaqəsinin olmasından görəsən Vilayyət Eyvazovun xəbəri varmı ?
Bundan başqa Saatlı rayonundan olan bir qrup şəxslərin müxtəlif vaxtlarda Paytaxta, Bakıya hakimiyyət əleyhinə etirazlara göndərilməsi xərclərini Anar Cəfərov çəkməsindən,lazım olan vaxtlarda isə onları geri çəkərək hakimiyyət və dövlətdən bəhrələnməsindən kimnsə xəbəri yoxdur ?
"Utanmadan oyunçuluq" edən dövlətin inam və etibarından istifadə edərək  DİN-də ,özünə qol -budaq açan,bu şəxsin sən demə böyük vəzifə iştahasıda varmış.
Anar Cəfərov DİN-nin , BDYPİ-nə rəis vəzifəsinə "israrlı və tamahı " var.
BDYPİ-nin,rəisi cənab Ramiz  Zeynalov  Məhəmmədəli oğlunu tezliklə "evlərinə-istirahətə" göndərəcəyini söyləyən Anar Cəfərov ,"GENERAL" rütbəsi alacağını və BDYPİ-nə rəis vəzifəsinə tezliklə təyinat alacağını söyləyib.
Nə qədər insan üzlü olmalıdır ki,rəisinin ayağının altını qazsın ?   Yəqin ki,Anar qədər!
Bu hərəkətlər eyni zamanda ondan qaynağlanır ki, Anar Cəfərov istədiyi qanunsuzluğu törədir,lakin barəsində tədbir görülmür.
Qeyd : - Anar Cəfərovun qanunsuz hərəkətlərinə dövlət hüquq mühafizə orqanları qiymət verib, cəzalandıran müddətə qədər barəsində araşdırmalarımız davam edəcək.
TAM ƏTRAFLI NÖVBƏTİ SAYLARDA.
İMZA : MÜRŞÜD MİRZƏYEV.