ƏSABƏLİ QASIMOVUN "Alladan belə qorxusu yoxdur".

Gündəm / Aktual
3-05-2022, 08:31 137

Əsabəli Qasımov İmişli rayonunun Qaralar kəndində anadan olub.Keçmiş həyatı və soy kökü İmişli caamatı üçün daha yaxından tanışdır.
Çörək bişirmə sexində hələ sovetlər dövründə birqadir və sonralar müdir fəzifəsinə yüksələn Teyyub adlı qardaşı,həmin vaxtlar İmişli Tədarük kontorunun müdiri Gülalıyev Müseyib və onun qohumu Gülalıyev Gülalının dəstək və köməyi ilə kişilər cərgəsinə vəsiqə alır.
Çörəkdə qazancı görən Qasımovlar gələcəkdə də milləti çörəklə imtahan etmək fikirinə düşürlər.
İlk öncə imişlidə ki,çörək kombinatı özəlləşir.Kombinatın həyətinə toplanmış 50-tonlarla "mis və alminium" Qasımovlar tərəfindən oğurlanıb satılır.
Həmin vaxtlar İmişli Pambıq Zavodunun müdiri olan Məmi Atakişiyevdən də Qasımovlar məharətlə istifadə edir bəhrələnir.
Qasımovların növbəti hədəfi  "Çin Xalq Respublikası" olur.Çində özlərini " mələk " obrazında göstərən Əsabəli və onun qruplaşmış dəstəsi,həmin vaxta qədər İmişli Çörək Kombinatından və İmişli Pambıq zavodundan əldə etdiyi vəsaitlə Çindən Azərbaycana Radio-texnika,kompüter,elektrik malları və sairi gətirirlər.Özlərinə etibar qazandıqdan sonra həmin malların dəyəri 5-milyonlarla ölçülən məbləğdə müəyyən müddətə ödənilmək şərti ilə malları alırlar,bütün bunlarla yanaşı Çindən,un istehsalı sahəsində istifadə edilən böyük avadanlıqlarında aldatma yolu ilə əldə edilməsinə nail olur.Bunun nəticəsidir ki, inam və etibardan düşən yüzlərlə Azərbaycanlı Çində məhrumiyyətlərə düçar olmaqla  həbsxana həyatı yaşayıb və yaşayır.
Çin,ABŞ və Avropa ölkələrinin təsirini dəf etdiyi halda Əsabəli Qasımovun planlarının qarşısında aciz qalır.Qasımovların müxtəlif şəxslərin adına təsis etdirdiyi MMC-lər vasitəsi ilə Çin istehsalı olan minik və yük maşınlarının ölkəmizdə satış bazarı yaradılır.Xərc qoymadan Əsabəli və qohumları milyonlarla qazanc əldə edir.
"Karmen" , " Karat",  "7 "qardaş""adlı un-dəyirman müəsissələri və Kürdəmirin istehsalı fabrikası Qasımovların ölkəmizdən və xaricdən oğurladığı vəsaitlərlə yaradılır və genişlənir.
Hər ay Əsabəli Qasımov Un fabikalarından milyon manatlarla gəlir əldə edir.Lakin həmin istehsal müəsissələrində fiziki əməklə məşğul olan şəxslərə verilən əmək haqqı onların bu müəsissələrdə düçar olduğu xəstəliyin dərman və davasına belə çatmaz.
Əsabəli  "iki eşşəyin arpasını" bölmə savadına malik olmadığı halda,kompüter,rabitə və yüksək texnologiya sahəsində sözünü deyən Çinliləri necə aldadır ? Çox maraqlıdır ! Hələ bu azmış kimi Əsabəli Qasımov 79-saylı İmişli Ərazi Seçki Dairəsindən iki dəfə Milli Məclisə deputatda seçilib.
Dünyanın işinə bax !
"Boranı " ləqəbli şəxs Milli Məclisdə İmişli əhalisini təmsil də etdi !
Əsabəli Qasımovun ədalətsizliyi,xalqın çörəyini oğurlaması dəfələrlə gözündən gəlib.Amma Allahın,  Əsabəlini 2019-cu ildə təkrar cəzalandırması belə fərq eləmədi.
Cünki dərd qanan üçündür !
Əsabəli Qasımovun Kürdəmir,imişli,Gəncə,Bakı,Siyəzən,Yevlax Bərdə və Lənkəranda olan baza və anbarında olan taxıl ehtiyatı ilə ölkəmiz iki il çörək qıtlığını və bahalaşmasını hiss etməməlidir.Lakin süni biznesmenin qiymət artımıda sünidir.
Ən maraqlı hal bundan ibarətdir ki,Əsabəliçilər qiymət artımı,çörək bahalaşması ortaya çıxan kimi,deyirlər ki, "Karmen"," Karat və s şirkətlər dövlətdə olan ikinci şəxsə məxsusdur ! Əsabəli neynəsin ki,icraaçıdır sadəcə.
DİQQƏT : - Mən mütailə ilə çox məşğul olan şəxs kimi,dini kitabların birindən oxumuşdum ki, "dişi seyrək"," gözləri göy"," rəngi "sarı-qrmızı "adamlar cəmiyyət üçün çox təhlükəli olur.
Əsabəli Qasımov və onun tikinti şəriki bir mənzili 7- nəfər şəxsə satan Əvəz Şükürov barədə növbəti yazıda.
İmza : Mürşüd Mirzəyev.