Zair Rzayevin dövlətdən uca HÖKMÜ - NARAZILIQ VAR!
Gündəm / Sosial
25-05-2022, 09:05
278
Tereqqi.az-ın AFN.az-a istinadən məlumatına görə, Astara şəhərində yaşayan döyüşçü bildirir ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Onun sözlərinə görə, atası Abbasov Vüqar Məzahir oğlu uzunmüddətli əmək stajına malikdir: “Uzun illər ki, SOCAR-ın Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsində: kompressor stansiyasında, “nasos qurğularının maşinisti” peşəsində işləyib. 2019-cu ilin oktyabr ayında atam xəstələnib və onkoloji xəstəliklə əlaqədar 2 il 7 ay müalicə alıb. Bu müalicə uzun müddət davam edib, atam işləyə-işəyə ambulator və sair müalicə və müayinələr alıb. 2021-ci ilin sentyabr ayından isə artıq işə şıxa bilməyib, 6 ay ərzində intensiv müayinə, müalicə və kimya terepeya qəbul edib. Atam 6 ay müddətində əmək qabliyyətinin itirilməsi barədə xəstəlik vərəqələri alaraq müvafiq qaydada işlədiyi müəssisəyə təqdim edib.
Bu xəstəliyin isə nə qədər ağır və bahalı olduğu hər kəsə məlumdur. Xəstəliyi dövtündə nə SOCAR-ın Qaz İxrac İdarəsi tərəfindən, nə də Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsi tərəfindən atama heç bir maddi və mənəvi kömək göstərilməyib. 2022-ci il mart ayının 14-də atama xəstəlik vərəqəsi verilməsi qanunvericiliyə əsasən dayandırılıb. Belə ki, bu 6 ay tamam olandan sonra digər xəstələr kimi atamın da sənədləri müalicə aldığı və eyni zamanda xəstəlik vərəqi verilən Astara Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. Tibbi Sosial Ekspert Komissiyası Atama vəfatından əvvəl 2-ci qrup əlillik dərəcəsi təyin edib. 15.03.2022-18.03.2022-ci il tarixli iş günləri üçün atama Astara Mərkəzi Xəstəxanası tərəfindən xəstə olması və üzrlü səbəblərdən işə çıxmaması ilə əlaqədar tibbi arayış verilib və həmin arayış da müəssisəyə təqdim edilib. 19.03.2022-28.03.2022-ci il tarixləri bayram və qeyri-iş günləri olub. Atam bu tarixdən sonra yalnız xəstəliyi ilə əlaqədar 2 gün işə çıxa bilməyib.
SOCAR “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Zair Rzayevin göstərişi ilə Sahənin kadrlar üzrə mütəxəssisi Nuru 30 mart 2022-ci il tarixində mənə zəng edərək evimizə gəlmək istədiyini bildirdi. Mən əvvəlcə elə başa düşdüm ki, onlar evə gəlməklə atama hər hansı bir kömək etmək niyyətindədidirlər vəbu səbəbdən də gəlməsinə razılıq verdim. Bu zaman artıq bir neçə ay idi ki, atamın xəstəliyi ağırlaşmşdı, yataqdan qalxa bilmirdi, hətta yemək və su içməkdə belə çətinlik çəkirdi. Bu vəziyyətdə olmasına baxmayaraq, Nuru rəislərinin göstərişi ilə əlaqədar 3 təklif etdi: atam ya işə çıxmalı idi, ya ərizə yazmaqla öz xahişi ilə işdən azad edilməli idi, ya da üzrsüz səbəbdən işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən əsası ilə ləğv edilməli idi. Ağır vəziyyətdə olan atam nə qədər izah etməyə çalışsa ki, bir neçə gün imkan verin, Tibbi Sosial Ekspert Komissiyasının qərarı gəlsin ondan sonra danışarq və ya ona ödənişli əsas məzuniyyət yaxud ödənişsiz məzuniyyət verilsin, Nuru isə israrla bldirdi ki, bu, SOCAR-ın Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Zair Rzayevin göstərişidir, atam yuxarıda göstərilən variantlardan birini seçməlidir. Bir çox təzyiqdən sonra onsuz da ağrılar içində olan atam işdən çıxma ərizəsini yazaraq Nuruya verdi. Təzyiq olmasaydı, atam bu ərizəni heç vaxt yzmazdı, özü də müalicəsi ilə əlaqədar pula ehtiyacı olduğu bir vaxtda. Nuru getdikdən bir müddət sonra yenidən qayıtdı və bildirdi ki, ərizə düzgün yazılmayıb və atam onu ikinc dəfə yazmağa məcbur oldu”.
Beləliklə, SOCAR Qaz İxrac İdarəsi Astara Magistral Qaz Kəmərləri Sahəsinin 30 Mart 2022-ci il tarixli 024 K saylı əmri ilə Abbasov Vüqar Məzahir oğlu ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, İşçinin öz xahişi ilə ləğv edilib. Bundan 17 gün sonra, 17 aprel 2022-ci il tarixdə vətəndaş rəhmətə gedib: “SOCAR-ın Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsi həyatının son günlərində həm atama maddi və mənəvi ziyan vurdu, təzyiq yolu ilə Atama Ərizə yazdırdı, həm də onun ailəsini ölümlə əlaqədar ən azı 3 aylıq müavinət alma hüquqndan mərhum etdi. Mən SOCAR-ın Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsinin 30 Mart 2022-ci il tarixli 024 K saylı əmrini əsassız və qanusuz hesab edirəm. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin SOCAR Qaz İxrac İdarəsi Astara Magistral Qaz Kəmərləri Sahəsinin 30 Mart 2022-ci il tarixli 024 K saylı əmri verilərkən bu əsaslardan heç biri olmayıb. Bu səbəbdən də atamla bağlanmış əmək müqaviləsi həmin gün ləğv edilə bilməzdi”.
Qeyd edilənləri və digər xüsusatları da əsas tutaraq Məzahirli Əli Vüqar oğlu SOCAR Qaz İxrac İdarəsinin rəhbərinin və SOCAR Qaz İxrac İdarəsinin Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Zahir Rzayevin məsuliyyətə cəlb olunması, ailəsinə dəymiş maddi və mənəvi ziyanın, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin ödənilməsi üçün köməklik göstərməsini Prezident İlham Əliyevdən xahiş edib. Onun müvafiq qurumlara ünvanlardığı şikayət ərizəsi baxılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.