Vağzalda siqaret satan Əbülfəz necə “gömrüyün qara kassası” oldu..? - Ermənilərlə qohum olan birisi “Broker”i necə yaratdı..?

Gündəm / Sosial
26-07-2022, 15:21 233


Əbülfəzin başı kompüterdir, yoxsa Manuçarın..? 

İlk öncə onu qeyd edək ki, “broker” sözünün mənasını bəlkə də oxucuların çoxu bimir. 
Məlumat üçün bildirək ki, broker hüquqi xidmət deməkdir. 
Belə ki, yüzlərlə, minlərlə iş adamı, biznesmen, sahibkar  qanunları, vergi  məcəlləsini, gömrük qaydalarını, rüsumları  əzbər bilə bilməz. Deməli, iş adamlarının çoxu  sadə dildə desək, sənədləşmə üçün "broker" kantoruna müraciət edir ki, sənədləri  qaydaya salsınlar. Yəni "broker" xidməti  buna görədir, daha sadə dildə desək  "broker"  hüquq kantorudur. Coker yox aaa Əbülfəz bəy, "broker". Hərçənd ki, sən və sənin dostların cokerə, pokerə çox meyllidirlər. Bu mövzuda sonra söhbət açacağıq. 
Azərbaycanda isə "broker" deyəndə əsl rüşvət və korrupsiya nəzərdə tutulur. 
Əsas mövzuya keçməzdən öncə Azərbaycanın “broker kralı” sayılan Əbülfəzin keçmişinə qısa bir nəzər salaq. 
Əbülfəz vaxtilə Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazasında işləyib. Bəli, həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı. Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu. Sonra guya Əbülfəz  boşandı. Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Hətta Rena Ovanesyan  2 oğul anasıdır. Və kağız üzərində guya Əbülfəz subaydır. 
Sonralar Əbülfəz İranlı Əhədpurla tanış olaraq onun gətirdiyi siqaretləri vağzalda satmaqla məşğul olub. Yooox, Əbülfəz bəy deyəsən Manuçarı yaddan çıxarır. Manuçara burada söz verib, gedib Əhədpurun aksiz markasız siqaretlərini satanda öz etibarını itirmişdir. Hal-hazırda Əbülfəzin ölkəyə gətirdiyi aksiz markası olmayan siqaretləri araşdırmaq lazımdır. Bu da başqa bir yazının mövzusudur. 
Bəziləri  qeyri-rəsmi söhbətlərdə  deyir ki, guya Əbülfəzin başı kompüterdir-filan. 
Biz Gündəlik-Bakı olaraq tam məsuliyyətlə  qeyd edirik ki, Əbülfəzin başı heç  ...-da deyil. Və broker  ideyasını, onun realizə olunmasını Manuçarla, İranlı Əhədpur qurub Əbülfəzə verib. 
Beləliklə  neçə illərdir ki, Azərbaycanda bir “Broker Əbülfəz”  kabusu dolaşır. 
Təsəvvür edirsiniz, bu adamın 3000 nəfərdən  artıq  broker ordusu var və bunlar maaşdan əlavə hər ay 2000-5000 manat arasında “paket” alırlar. İndi səbrli oğul lazımdır ki,  bu 3 min nəfərin hər ay  aldığı, pulları hesablasın və  vursun 10 illərə. Ortaya yəqin ki, milyardlar çıxacaq. 
Nə isə, son 10-15 ildə  neçə-neçə “əjdahalar”ın başı getdi, amma Əbülfəz Məlikova  söz deyən olmadı. Niyə..? 
Yeri gəlmişkən, ermənilər  Əbülfəzə “Bizim monopoliya naziri olan yeznəmiz”  deyirlər.
Bəli, Əbülfəz Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən erməni şirkətlərinin keyfiyyətsiz məhsullarını  Azərbaycana daşımaqla məşğuldur.  
İndi isə Əbülfəzə məxsus “Trans Broker” MMC-nin  mexanizminə nəzər salaq. 
Deməli, Dövlət Gömrük Komitəsinin gəlib-gedən şefləri öz adlarının rüşvət və korrupsiyada hallanmaması üçün “Broker”i qabağa veriblər. 
Təsəvvür edirsinizmi, Əbülfəzin neçə-neçə saxta şirkətləri var, hətta 3 minlik broker ordusunun adına açılan saxta şirkətləri gözünüzün önünə gətirin. 
Azərbaycana  hər hansı bir məhsul gətirmək istəyən iş adamı, biznesmen  həmin məhsulu öz adına deyil, mütləq Əbülfəzin saxta şirkətlərinin adına gətirməlidir. 
Təsəvvür edirsiniz,  Əbülfəz invoys dəyəri 100 min dollar olan məhsulu 10 min dollar kimi sənədləşdirir. 
İndi Azərbaycanın dövlət büdcəsinə  vurulan ziyanın neçə milyon yox ee, neçə milyardlar olduğunu hesablayın. 
Və  bu gün  Azərbaycandakı məhsulların real bazar qiymətindən  dəfələrlə baha olmasının səbəbini heç harda axtarmayın. Bütün bunların  baiskarı Əbülfəzdir. Belə yerdə deyiblər ki, Allah baiskarın evini yıxsın. Biz də deyirik ki, Allah Əbülfəzin imperiyasını dağıtsın. 
Təsəvvür edirsiniz, DGK-nin vəzifəli şəxslərindən biri deyir ki,  “Trans Broker” olan yerdə  biz gömrük işçiləri  heç kimik…
Cənab Prezident İlham Əliyev neçə ildir tələb edir ki, inhisarçılğa  son qoyun. Amma ermənilərin “monopoliya naziri olan yeznələri” Əbülfəz dövlət başçısının tələblərini də nəzərə almır. 
Vaxtilə Gündəlik-Bakı olaraq yazmışdıq ki,  Gürcüstandan  Azərbaycana gətirilən  hər qoyuna  (40 dollar), hər danaya ( 100 dollar ) görə, Əbülfəzin kantoru  pul alırdı.
Yaxud Ukraynadan ölkəmizə gətirilən hər baş heyvana görə, Əbülfəzə konkret məbləğdə pul verilirdi.
Əbülfəzin şəxsi biznesinin sərhədləri  Avropaya, ərəb ölkələrinə qədər gedir.
Bir müddət əvvəl  Əbülfəzə məxsus restoranlar şəbəkəsi də aşkarlanıb.
KİV-də gedən xəbərlərdən bəlli olur ki,  “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəzin oğlu Murada məxsusdur.
Bəli, bu cavan oğlan “PAPA JOHN’S" brendi altında 8 restoran açıb.
Ümumiyyətlə, Əbülfəzin bir müddət əvvəl  Mərdəkan qəsəbəsində  bütün bahalı torpaqları alması barədə mediada məlumat yayıldı.
Məlikovun həmin ərazidə qiyməti baha olan dəbdəbəli villalar və ticarət obyektləri inşa edib satdığı bildirilir.
Ümumiyyətlə, Əbülfəzin korrupsiya mexanizmi heç bir ölçüyə-əndazəyə sığmır. 
Ötən yazımızda qeyd etdiyimiz kimi Əbülfəzin Azərbaycan dövlətinə vurduğu  ziyan, Hitler Almaniyasının  SSRİ-yə vurduğu  ziyandan dəfələrlə çoxdur. 
Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirik. 
Yuxarıda qeyd etdik ki, Əbülfəzin yaratdığı yüzlərlə saxta şirkətlərin bu gün  vergiyə olan borcu təxminən milyardla ölçülür. Bunu dövlət orqanları görmür..? Bunu müəyyən etmək nə çətin məsələdir..? 
Bəs niyə etmirsiniz, cənablar..? 
Bəs, Əbülfəzin hər ay Bakıya gətirdiyi erməni gözəlçələrini də görmürsünüz..? 
Əbülfəzin Azərbaycan dövlətindən oğurladığı milyardları, çirkli pulları  ABŞ-da kim “yuyub-təmizləyir”..? 
Əbülfəzin müxalifətdəki  dostları kimlərdir, onu bəzi radikal müxalifətə  bağlayan nədir..?
Əbülfəzin köməkçisi Anar Allahverdiyevin iki, üç, dörd təkərli motosiklet kolleksiyasının və dörd dənə sıfırlı (0000) nömrələri Bentley markalı maşınları, Qaqarin körpüsünün yanındakı hündürmərtəbəli binaları və Şamanlarla münasibəti haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
Bu barədə araşdırmalarımız davam edir. (gundelik-baku.com)