BİRLİYİMİZ QƏLƏBƏMİZDİR !
Gündəm / Aktual
8-11-2022, 10:30
426

Bu ildə Tariximizə qızıl hərflərlə həkk olunmuş ,Vətənə sonsuz məhəbbətin rəmzinə çevrilmiş,torpaqlarımıza əbədi azadlıq gətirmiş,vətən həsrəti ilə 30 ildən artıq müddətdə alışıb,yanan soydaşlarımızın qəlbindəki həsrətə birdəfəlik son qoymuş möhtəşəm Zəfər Gününün 2-ci ilini böyük sevinclə və bayram əhval-ruhiyyəsi ilə qeyd edirik.Bu münasibət ilə mən bütün azərbaycanlıları səmimi-qəlbdən təbrik edirəm.Üç rəngli Bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməyən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.Qürurla qeyd edirəm ki, Xalqımızın qələbəsi əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır !Beləliklə 2020 ci il sentyabr ayınn 27-dən başlayan, 44 gün müharibə və işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilmişdir. 27 sentyabr tarixindən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüşdə, həm də diplomatik danışıqlarda qazandığı uğurlar və bu günədək tarixdə heç-bir müharibədə görünməyən və ardıcıl olaraq yürüdülən hərbi siyasətin nəticəsində qazanılan Qələbəmiz hər birimizdə böyük fəxarət hissi yaradıb.
Otuz illik həsrətə son qoyan bu əzəmətli qəfəsə qoymusan düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Qədirbilən Xalqımız əmindir ki, milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən, Qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılması ilə yadda qalacaqdır.
Sonda bir daha qeyd edim ki,həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz üçün əlavə güc verdi.
İmkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər.
Azərbaycan xalqı yumruq kimi öz iradəli Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdi.
Əminəm ki, bu birlik əbədi olacaqdır! Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaqdır.Dövlətin gücü Birliyimizdədir və Azərbaycan xalqının dəstəyindədir.
Birliyimiz isə Qələbəmizdir !
Bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm.
ZƏFƏRİMİZ MÜBARƏK OLSUN!
Saatlı Rayonu
"Araz-Şöhrət" şirkətinin
Direktor müavini Məmmədov Vüqar.