Xilaskarımız Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasından 30 il ötür.

Gündəm / Aktual
21-11-2022, 22:26 87

Qürurla yazıram ki, artıq Ulu öndər Heydər Əliyevin ideyalarını,onun siyasi kursunu inkişaf etdirərək müasir zamanın tələbi ilə müvəffəqiyyətlə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilmişdir. Bu gün Partiyam-ızın 800 mindən artıq üzvü var.Bu üzvlərin böyük əksəriyyəti gənclərdir ki,onlar da Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında böyük rol oynadılar.
Ölkəmizdə əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda, həmin məktəbin layiqli davamçısı,Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,
planlı hərbi strategiyası və qəhraman Ordumuzun sayəsində ümummilli qələbəmizlə yekunlaşdı və öz müsbət nəticəsini verdi.Beləliklə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdik və 30 illik işğala son qoyuldu.
Memarı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində onun ideya və arzuları yaşayır.Qeyd edim ki,44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərimizdən sonra yaranmış yeni reallıqlar açıq şəkildə göstərir ki, Partiyamızın sədri Qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcə-yə doğru daha inamla irəliləyəcəkdir.Bu gün Prezident,Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik uğurlara daima imza atan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyini böyük sevinclə,fəxrlə qeyd edirik.
Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisə olan Yeni Azərbaycan Partiyası keçirilən hər-bir qurultayın- da,tədbirində qəbul etdiyi tarixi qərarlarla, ölkəmizin gələcək inkişaf perspektiv-lərini müəyyənləşdirir.
Yeni Azərbaycan Partiyasının bu gün Heydər ƏliyevMərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığını nümayiş etdirir.O, öz çıxışında ölkədəki bütün sahələrdə olan inkişafı və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verdi.
Aparılan uğurlu siyasətin çətinlik-lər bahasına əldə edilən ictimai-siyasi sabitlik sayəsində mümkün olduğunu diqqətə çatdırdı.Əldə olunan həm ictimai,həm də iqtusadi stabilliyin Azərbaycanın ən böyük sərvəti olduğunu vurğuladı.
Bu qürurverici yubiley günü münasibəti ilə mən doğma və əziz Partiyamızın bütün üzvlərini səmimi qəlbdən təbrik edir və fəaliyyətərində müvəffəqiyyətlər arzu edirəm.
Sözümün sonunda bir daha əminliklə qeyd edirəm ki, qurucusu dahi insan,ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası dağılmaqdan tərəqqiyə, tərəqqidən isə zəfərə aparan partiyadır!


YENİ AZƏRBAYCAN PARTİYASI
Saatlı 15 saylı Ərazi Partiya
Təşkilatının sədri
Vüqar Məmmədov.