Elvin Abbasov məktəb direktorlarına qanunsuz “kredit” verir? - Beyləqan Təhsil Sektorunun müdiri haqqında iddialar

Gündəm / Aktual
Bu gün, 16:00 8

Mil-Muğan Regional Təhsil İdarəsinin tərkibində fəaliyyət göstərən Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasovla bağlı sosial şəbəkələrdə diqqətçəkici məlumatlar yayılıb.

Yayılan məlumatlarda Elvin Abbasovla bağlı çox ciddi iddialar yer aldığına görə Elm və Təhsil Nazirliyi bu iddiaları görməzdən gəlməməlidir.

Hər şeydən əvvəl ona görə ki, bu iddialar cinayət tərkibli olmaqla yanaşı, həm də Nazirlikdə, o cümlədən Mil-Muğan Regional Təhsil İdarəsində bir şəbəkənin fəaliyyət göstərdiyinə işarə edir.

İddialara gəlincə, gündem24.az portalının məlumatına görə, Mil-Muğan Regional Təhsil İdarəsinin tərkibində fəaliyyət göstərən Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov rayonda fəaliyyət göstərən məktəb direktorlarından və bağça müdirlərindən hər ay pul yığır.

Qeyd edilir ki, vaxtilə toylarda tamadalıq edən, sonradan alverə girişən, daha sonra sələm işi ilə məşğul olan Elvin Abbasov özünə diplom almağa nail olandan sonra müəllim, məktəb direktoru və sektor müdiri vəzifəsinə qədər yüksələ bilib. Maraqlıdır ki, son bir neçə ildə Elm və Təhsil Nazirliyində təhsilə aidiyyəti olmayan təsadüfi “kadrların” vəzifələrə təyin olunması haqqında məlumatlar çox artıb.

Yayılan məlumatlarda bildirilir ki, Elvin Abbasovun hazırda da sələm işi ilə gizli məşğul olduğunu Beyləqanda bilməyən yoxdur. Sadəcə olaraq, sektor müdiri bu dəfə sələm işini “modernləşdirərək” faizi aşağı salıb “kredit” halına gətirib. İddialara görə, sektor müdiri Beyləqanda fəaliyyət göstərən məktəb direktorları və bağça müdirlərinin bir hissəsinə bu “kredit”dən verib. Bu iddialara inanarsaq, demək ki, Elm və Təhsil Nazirliyinin bütöv bir rayonun təhsilindən məsul olan işçisi qanunsuz bank xidmətləri göstərir və bu da öz-özlüyündə cinayət məsuliyyəti yaradır.

Maraqlıdır, Mil-Muğan Regional Təhsil İdarəsində bu iddialardan xəbərləri yoxdurmu? Ya da elə Nazirliyin? Böyük ehtimalla bilirlər və hətta bu iddialar doğru olmasa belə, haqqında bu cür iddialar səsləndirilən bir şəxsin Beyləqan Rayon Təhsil Sektorunun müdiri vəzifəsinə təyin olunması istər regional idarənin, istərsə də Elm və Təhsil Nazirliyinin qarşısında bir çox suallar yaradır...

***

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir?
Bu arada "Yenixeberorg.az" olaraq xatırladaq ki, həllə illər əvvəl (15.05.2025) sosial şəbəkələrdə (1news.media) Elvin Abbasov barəsində ilginc faktlarla zəngin yazılar tirajlanmışdır:
Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Düzünü desək heç yeni təyin edilən təhsil sektor müdiridə vasallarından geri qalmır.
Artıq illərdir media təhsil sektoru üzərində qara bulud kimi çökmüş saxta diplomlu ziyalı obrazının qalxması üçün əlindən gələni edir. Lakin görünən dağa bələdçi lazım olmadığı kimi bu Təhsil nazirimizə daha nələri göstərmək lazımdır deyə düşünə-düşünə qalırıq. Emin Əmurullayevin nazir təyin edildikdən bu günə qədər fəaliyyəti yalnız göstərişdən ibarətdir desək yerinə düşər. Təhsil rolikləri çəkilir lakin nazirliyin buna heç bir aidiyatı yoxdur açıqlaması gəlir. Nazirə açıq sual verilir suala cavab əvəzinə suala suallar verməklə cavablardan yayınır.
Bu gün yenə bir faktı Nazirin diqqətinə çatdırmağı özümüzə borc bilirik. Bəlkə bu dəfə bu saxta əməllərlə mübarizə aparmaqla Elm və Təhsil nazirliyinin yerlə yeksan olmuş nüfuzuna biraz nüfuz qatmış olar. Hərçənki buna reaksiya verəcəyini düşünməsəkdə yenədə cəhd etməkdən çəkilməkdə bizə yaraşmaz.
Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlər deyil. Çünki diplomların saxta olduğunu bizim kimi bütün dövlət qurumlarıda bilir. Amma görünən odur ki, diplomu saxta olduğu halda işindən azad edilən taksi şoferi, sələmçi sənətləri ilə varlanan Elvin Abbasov Beyləqan Təhsil Sektorunu ələ keçirmək üçün xeyli əziyyət çəkib. Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edir. Lakin şəxsin işə qəbulu zamanı diplomun kökü olub olmaması heçdə həmin dövrdə rəhbər olan şəxslərə maraqlı olmur. Əldə etdiyimiz məlumata görə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Zaqatala Müəllimlər Universiteti tamamilə ləğv edilsədə arxiv sənədlər əldə edilən məlumatları təsdiq edir.
Bəs Elvin Abbasov bu diplomu necə, hardan, kimin vasitəsi ilə əldə edib?
Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni əvvəlki nazir məsələdən xəbərdar olub. Nazir E.Əmrullayev də məsələdən agahdır lakin hər şey bu qədər bəsid qəbul edilir?
Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün Təhsil Nazirliyinə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Onun saxta diplomla müəllim işləməsinə belə qadağa qoyulduğu iddia edilir. Amma şəxs əldə etmək istədiyi rəhbər vəzifəni mütləqki alacağını qarşısına məqsəd qoyub. Bilindiyi qədər E.Abbasov əvvələr taksi sürücüsü kimi fəaliyyət göstəraədə sonradan rayon əhalisinin verdiyi məlumata görə sələmçiliklə qısa vaxtda imkanlı şəxslər sırasına qoşulur. Odur ki, Direktor olmaq niyyəti onu məhkəmə orqanına qədər aparır. Təhsil nazirliyi E.Abbasova qarşı ciddi qadağalar qoyması onun nazirlikdən məhkəməyə şikayət etməsinə aparıb çıxarır. Məhkəmə Nazirliyə sorğu göndərir şəxsin diplomunun kökü olmadığı gələn cavabda yer alır. Lakin məhkəmə yenədə E.Abbasovun diplomunun saxta olmasına baxmayaraq işinə bərpa edilməsini təmin edir. Müəllim kimi fəaliyyətini davam edir. Hər dəfə direktor olmaq üçün cəhd etsədə onu imtahanlara buraxmırlar. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor olur. Bir müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit görünən əslində bir sərvətə başa gəlib desək yanılmarıq. Bu gün saxta diplomla təhsil sektoruna müdir təyin edilə bilməsi əslində Nazir postunda oturan şəxsin əslində regional təhsil idarə rəhbərindən kiçik vəzifə sahibi olması portiretin görürük. Rəşad Musayevin Elvin Abbasovu direktor daha sonra sektor müdiri təyin etdirə bilməsinin arxasında nələr durur deyə suallar yaranır. Ümumillikdə təhsildə tüğyan edən rüşvət olaylarıda bu məsələnin bir qismini aydınlığa çıxarır.
Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub.
Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.
Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb.
İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?
Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq. Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul edilmədən diplom sahibi olaraq gələcəyin təminatı olan idarədə rəhbər posta təyuin edilməsində rolu olan şəxslərində qanun qarşısına çıxarılması mütləqdir.
Gələn yazımızda şəxsin diplomunun sürəti və şəxsin məhkəmə qərarında qeyd edilən vacib hissələrin mövcudluğu oxuculara və qurumlara təqdim ediləcəkdir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Yenixeberorg.az