Gəncədə iki xəstəxananın baş həkim vəzifədən azad olundu - BUNDAN SONRA...

Gündəm / Sosial
Bu gün, 17:12 15

Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxananın baş həkimi Türanə Abdullayeva vəzifədən azad olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, T. Abdullayeva iki il öncə baş həkim vəzifəsinə təyin olunub.

Gəncənin tibb müəssisələrində rəhbər heyətin işdən azad olunmasına səbəb aparılan yoxlamalardır.

Yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar edilib.

***

15:27

Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının baş həkimi İlqar Alıyev işdən azad olunub, tibb müəssisəsinin şöbə rəisi Abuzər Mustafayevə isə Əmək Məcəlləsinə müvafiq maddəsi tətbiq edilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, İlqar Alıyevin artıq əmri verilib.

Abuzər Mustafayevə isə Əmək Məcəlləsinin 70 "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi tətbiq olunub. Şöbə müdirinin yerinə təyinat olanadək onun müvəqqəti işdə qalması qərara alınıb.

İ. Alıyev 2025-ci ildən Abbas Səhət Xəstəxanasının baş həkimi, A. Mustafayev isə 20 ilə yaxın poliklinikanın şöbə müdiri vəzifəsində çalışıb.