TƏBRİK

Gündəm / Aktual
24-12-2022, 14:51 299

Bu gün Müzəffır Ali Baş Komandan,
Qətiyyətli Prezidentimiz İlham Əliyevin doğum günüdür.Dövlət başçımızın 61 yaşı tamam olur.

Qədirbilən Xalqının və Dövlətinin keçmişinə,tarixinə qəhramanlıqla sahib çıxan,əhalisinin daimi rifah halını yaxşılaşdıran,AZƏRBAYCANIN tarixində son 200 ildə heç görünməyəni,
mümkün olmayanı görünən edən,ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli addımlarını Xalqımız heç vaxt unutmayacaqdır.Əslində Ali Baş Komandan İlham Əliyevin Qətiyyətili sərkərdəlik məharəti, güclü Ordumuzun şücaəti,xalqımızın Prezident- imizə olan birmənalı dəstəyi nəticəsində düşmən üzərində həlledici qələbə qazanacağımıza bütün qəlbimizlə inanırdıq.Xatirimdədir Ali Baş Komandanımız İlham Əliyev işğal altında olan torpaqlarımızı geri qaytardıqca,həmin torpaqların adını sadaladıqca,sevinc və qürur hissi qəlbimizi bürüyürdü.Bu gün,həmin o əvəzsiz sevincli anları xalqımıza yaşadan bütün Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə can sağlığı diləyirik.

Hörmətli Ali Baş Komandan, Prezident !

Qürurla qeyd edirəm ki, bu gün Siz 61 yaşınızı Müzəffər Ali Baş Komandan olaraq, artıq Qarabağlı,bütöv Azərbaycanın prezidenti,
xalqımızın və Dünya azərbaycanlılarının sevimli siyasi xadimi kimi qeyd edirsiniz.Biz Sizinlə qürur duyur və böyük Zəfərin sevinc duyğularını bizlərə yaşatdığınıza görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Doğum gününüz mübarək olsun,
Müzəffər Ali Baş Komandanımız, əziz Prezidentimiz !
Sizə Allahdan uzun ömür , can sağlığı arzulayıram ! Yaşayın və Azərbaycanımızı daha da yüksəklərə qaldırın ! Biz sizə inanırıq !!

YENİ AZƏRBAYCAN PARTİYASI
Saatlı 15 saylı ƏPT-nın sədri
Vüqar Məmmədov