Neftçalada məmur ÖZBAŞINALIĞI... - Kəndli NƏ ETSİN?

Gündəm / Seçilmişlər
11-01-2023, 08:34 60


Tereqqi.az bildirir ki, Nefçala rayonu, Mürsəqulu kənd sakini Səmədov Çingiz Yadigar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mürsəqulu kəndinin “kolxoz sədri” Səlimov Əlibala Xanəhməd oğlu kəndlilərin torpaq sahələrinə qeyri-qanuni olaraq sahib çıxıb:

“Mən, Səmədov Çingiz Yadigar oğlu, yazaraq bildirirəm ki, illərdir bütün kənd camaatı olaraq müraciət etmədiyimiz orqan qalmayıb. Lakin şikayətlərimizə baxılmır.

Neftçala rayonunda xüsusilə 2 kəndin - Xolqaraqaşlı və Mürsəqulu kəndlərinin problemləri bitmir. 2002-ci ildən 2020-cil ilədək Xolqaraqaşlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Səlimov Əlibala Xanəhməd oğlunun başımıza açmadığı oyunlar qalmayıb. 215 ədəd məktub, nə qədər teleqram vursaq da, heç bir yerdən cavab yoxdur. Onun qanunsuz əməllərini görmək istəmirlər.

Baş Prokrorluğa da şikayət etmişdik. Baş prokrorluq işi DTX-ya verdi. DTX-da məni və Rahib Usubovui qəbul edib, izahatımızı aldılar. Uzun müddət keçməsinə baxmayaraq, hələ cavab yoxdur.

Əlibala Səlimov 20 ildir qeyri-qanuni mənimsədiyi torpaqları əkib-biçir. O, bütün kəndlilərin torpağını əlindən alıb. 63 hektar torpağın cəmi 9 hektarı oğlu Səlimov Ozal Əlibala oğlunun adınadır. Onu da rüşvətlə keçirdib oğlunun adına. Heyavanlar girməsin deyə torpaq sahələrinə dəmir qapılar düzəltdirmişdi. Lakin 2020-ci il, avqustun 15-də kənd camaatı təngə gəlib qapını sındırdı.

Məmurun torpaqdan gələn qazanca ehtiyacı varsa, savadsız, işsiz-gücsüz kəndlinin yoxdur? Biz haqqımız olan torpağımızı istəyirik. Onun evi, maşını, şəxsi mülkləri bizə maraqlı deyil. Bir müddət keçmədən mənə, Rahib Usubova və Rövşən Abdullayevə qarşı məhkəmədə iş açıldı. Bizi xuliqanlıq maddəsi ilə (121.2.1) cəzalandırdılar.

Bizim yazdığımız şikayətlər, keçirdiyimiz görüşlər əhəmiyyətsiz hesab edilir, amma bunların şikayətinə tez baxılır. Qanunsuzluq hər yerdə var, amma inanın ki, bu qədəri heç yerdə yoxdur. Məmur kəndlilərin torpaq sahələrini mənimsəyir və Azərbaycan Respublikasının dövlət qurumları illərdirb una göz yumurlar”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.