Kiçik rayonlar ləğv edilir? - Yeni islahatların anonsu

Gündəm / Dünya
22-02-2023, 21:47 144
Kiçik rayonlar ləğv edilir? - Yeni islahatların anonsu


"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq”.

Bu sözləri Bizim.Media-ya iqtisadçı-ekspert Vüqar Oruc bələdiyyə institutunun normal fəaliyyəti və inkişafı mövzusunda danışarkən qeyd edib.

Onun sözlərinə görə olduqca kiçik rayonlar var ki, inzibati idarəetmə prinsiplər baxımından o qədər də əlverişli deyil:

"Bəzi rayonlarımızın 18-20 min əhalisi var. Elə rayonlar da var ki, infrastrukturu o qədər də inkişaf etməyib. Belə rayonu digər yaxın inkişaf etmiş bölgənin tabeçiliyinə vermək olar. Bu da həmin rayonun inkişafına səbəb ola bilər. Bir sözlə ayrı-ayrı kiçik idarəetmə subyektləri yaratmaq əvəzinə tam formalaşmış və inteqrasiya olunmuş az sayda məmur vasitəsilə, o cümlədən idarəetmə prinsipinin sadələşdirilmiş formasından istifadə etməklə idarəetməyə üstünlük vermək dövrün tələbidir. Bu həm də məsuliyyətin aydınlaşmasına səbəb olan bir prosesdir”.