“Milli Dəyərlərin Qorunması” ictimai birliyi “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilməsi layihəsinə start verdi

Gündəm / Mətbəx / Sosial
2-09-2023, 22:14 9 238
“Milli Dəyərlərin Qorunması” ictimai birliyi “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilməsi layihəsinə start verdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən həyata keçirilən “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin çəkilməsi layihəsi 1 sentyabr – 31 oktyabr 2023-cü il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq. Layihə rəhbəri Dilarə Nağıyeva-Muxtarovadır.

Layihənin ideyası Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində şəhərimizdə tikdirdiyi tarixi binaları və onların şahidi olduqları tarixi prosesləri cəmiyyətimizə tanıtmaqla Azərbaycan tarixinin indiyədək bilinməyən səhifələrini açmaq, həmçinin milli-mənəvi dəyərlər sisteminin əsas elementlərindən olan xeyriyyəçilik ənənələrini təbliğ və təşviq etmək, onun Azərbaycan cəmiyyətində daha da geniş tətbiq olunmasına dəvət etməkdən ibarətdir. Xeyriyyəçilik ənənələrinin bu şəkildə geniş təbliğ olunması, eyni zamanda, Azərbaycanın milli maraqlarına da uyğundur, çünki Azərbaycan cəmiyyətində bu xüsusiyyətləri yaymaqla milli birlik, milli şüur və milli özünüdərketmə təmin edilir. Ona görə təqdim olunan layihənin tərbiyəvi xarakteri olduqca güclüdür. Bu ideya əsasında sənədli film çəkiləcək. Əsasən gənclərdən ibarət olan müxtəlif auditoriyalarda bu filmin 3 müxtəlif ali təhsil müəssələrində təqdimat mərasimləri keçirilərək. Xeyriyyəçiliyin bir milli-mənəvi dəyər olaraq təbliğ və təşviq olunması sahəsində görülən fəaliyyətlərə dəstək göstəriləcək.
Məqsəd Bakı şəhərinin 3 tarixi binasının timsalında XX əsrin əvvəllərində milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin rəhbərliyi ilə inşa edilmiş 98 binanın Azərbaycan paytaxtının arxitektura ansamblının əsasını təşkil etdiyini, bu binaların Azərbaycan tarixinin ən keşmə-keşli hadisələrinə şahidlik etdiyini, bunların Azərbaycanın dövlətçiliyindən tutmuş müxtəlif sahələrə qədər böyük töhfələr verdiyini göstərmək və bununla da Azərbaycan cəmiyyətində Bakı şəhərinin tarixi ilə bağlı biliklərinin daha da genişləndirilməsinə nail olmaqdır. Bundan əlavə, Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti ilə bağlı yeni tədqiqatların nəticələrini misal göstərərək əsasən gənc nəsildə xeyriyyəçilik ənənələrinin Azərbaycan cəmiyyətində daha da geniş yayılmasına nail olmaq əsas məqsədimizdir. Bu məqsədə nail olmaq üçün bir sıra vəzifələrimiz var. Əvvəlcə, "Ağa Musa Nağıyev: tarix yazan binalar" sənədli filmini çəkmək üçün peşəkar heyət formalaşdırılacaq. Daha sonra filmin iştirakçıları təyin olunacaq və onlardan müsahibələr alınacaq. Bunun əsasında ssenari yazılacaq və film montaj ediləcək. Əsas vəzifəmizdən biri hər bir iş barəsində mətbuata mütəmadi şəkildə press-relizlər verməkdən ibarətdir. Sənədli filmlə bağlı müsbət rəy alandan sonra isə təqdimat mərasimləri keçiriləcək.