BOKT-lər vətəndaşlara qarşı `VƏTƏNDAŞ SAVAŞI` açıb... - SİYAHI
Gündəm / Sosial
7-11-2023, 18:08
227
Artıq təkcə banklar deyil, Bank olmayan Kredit Təşkilatları da kreditorları boğaza yığıb. Vətəndaşlarla bu təşkilatlar arasında hər ay məhkəmələrdə kredit ödənişləri ilə bağlı mübahisələr yaşanır. Həm də bu məhkəmə prosesləri yüzlərlədir.
İş orasıdır ki, həmin Bank olmayan Kredit Təşkilatları (BOKT) vətəndaşların sosial şəraitini, gəlirlərini, aylıq məvacibini nəzərə almadan hər kəsə kredit verir, yaxud hansısa məhsul satılır, sonra ödənişlərlə əlaqədar problemlər meydana çıxır. BOKT-ların kimə gəldi kredit verilməsi böyük bir xaosa yol açır.
Tribunainfo.az hazırda ayrı-ayrı bank olmayan kredit təşkilatlarının aylıq məhkəmə işlərinin siyahısını tərtib edib.
Həmin siyahını təqdim edirik:
AQRARKREDIT – 77 məhkəmə
TBC KREDIT – 25 məhkəmə
FINOKO – 23 məhkəmə
OPTIMAL FINANCE – 17 məhkəmə
KƏPƏZ – 16 məhkəmə
PSG FINANS – 15 məhkəmə
PARA – 11 məhkəmə
İDK – 4 məhkəmə
MERKURI – 4 məhkəmə
EMBAFINANS – 3 məhkəmə
FALCON FINANCE – 3 məhkəmə
İDEAL KREDIT – 3 məhkəmə
KREDIT SERVIS – 2 məhkəmə
KREDEX – 2 məhkəmə
FINEX KREDIT – 1 məhkəmə
ASEL KREDIT – 1 məhkəmə
AZMIKROINVEST – 1 məhkəmə
AVRASIYA-KREDIT – 1 məhkəmə
AZINVESTKREDIT – 1 məhkəmə
M BULAK – 1 məhkəmə
PREMIER KREDIT – 1 məhkəmə
VIZA KREDIT – 1 məhkəmə
PRIOR CREDIT – 1 məhkəmə //Tribunainfo.az//