Pakistan İranla bağlı xüsusi iclas çağırdı

Gündəm / Dünya
19-01-2024, 14:59 754

Pakistan Milli Təhlükəsizlik Komitəsi İranla bağlı bu gün günortadan sonra xüsusi iclas keçirəcək.

Bu barədə Pakistanın dövlət mediası məlumat yayıb.

Bildirilib ki, iclas müvəqqəti Baş nazir Ənvar ül-Haq Kakarın sədrliyi və ordu, hava qüvvələri, donanma komandirləri və kəşfiyyat qurumları rəhbərlərinin iştirakı ilə baş tutacaq.

Görüşdə iki ölkə arasında yaşanan gərginliklə bağlı qərarlar qəbul olunacaq.

Qeyd edək ki, yanvarıb 16-ı SEPAH Pakistan ərazisində terrorçu saydığı “Ceyş ül-Ədl” qruplaşmasını hədəf alıb. Raket zərbələri nəticəsində iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verərək, İran səfirini geri çağırıb. Həmçinin, Tehrana bütün rəsmi səfərləri təxirə salıb.

Yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İran mediasının məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 12-yə çatıb.