Burcəliyev yarıtmaz fəaliyyələ məşğul olduğu üçün... - şagirdlər və valideyinlər çox əziyət çəkirlər...

Gündəm / Aktual
19-02-2024, 14:58 514
Burcəliyev yarıtmaz fəaliyyələ məşğul olduğu üçün... - şagirdlər və valideyinlər çox əziyət çəkirlər...

Bir qrup Ucar sakini yerli Təhsil Sektorunun müdiri Rahib Burcəliyevdən şikayətçi düşüblər. JAMAZ.İNFO-ya göndərdikləri məktubda qeyd edirlər ki, Burcəliyev yarıtmaz fəaliyyələ məşğul olduğu üçün şagirdlər və valideyinlər çox əziyət çəkirlər.

Həmin şikayətdə deyilir ki, Ucar şəhər 1 nömrəli Texniki-Humanitar fənlər təmayüllü Məktəb-liseyində qızdırıcı sistemi düzgün işlədilmədiyi üçün sinif otaqlarında şagirdlər soyuqdan donurlar. “İstifadə edilən kombi qıcdırıcıları sinifləri isitmədiyi üçün şagirdlər otaqda palto və papaqla əyləşirlər. Oxşar acınacaqlı vəziyyət Ucar şəhər 4 №-li, 5 №-li, 6 №-li və digər tam orta məktəblərdə mövcuddur”.

Şikayətçiləri yazırlar ki, Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyev problemin həlli üçün heç bir tədbir görmək istəmir. “Baxmayaraq ki, valideyinlər bu acınacaqlı vəziyyətdən hər gün şikayətlər edirlər”.

Onlar daha sonra qeyd edirlər ki, həmin məktəblərdə müasir tipli kombi qızdırıcı sistemi var. Lakin həmin istilik sisteminin qazla işlədilməsi nəzərdə tutulsa da, Rahib Burcalıyevin göstərişi ilə dizel yanacağı ilə əvəzlənib. “Nəticəsə, sistem pozulub və istilik vermir. Bunu isə ona görə etdirir ki, sayğac yazdığı üçün işlədilən qaza kələk gələ bilmirlər. Ancaq işlədilən dizel yanacağını şişirdərək ayrılan pulu talan edə bilirlər”.

Ucar sakinləri onu da iddia edirlər ki, orta məktəblərdə qızılca xəstəliyi də tüğyan edir. “Bunun qarşısını almaq üçün heç bir addım atılmır”.

Şikayətçilərin yazdığına görə, Rahib Burcaliyev Ucar rayonu üzrə Təhsil Sektoruna müdir vəzifəsinə təyin ediləndən sonra rayonda taksi fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsi özünə köməkçi təyin edib. “Elementar savadı olmayan Etibar adlı keçmiş taksi sürücüsü Rahib Burcalıyevə talançılığı həyata keçirməkdə yaxından köməklik göstərir. Bu səbəbdəndir ki, məktəb direktorlarından aylğı Etibar adlı keçmiş taxsi sürücüsü yığır”.

Onlar sonda dövlət başçısından kömək istədiklərini bildiriblər. Xahiş ediblər ki, məsələ ilə bağlı tədbir görülməsi üçün Ucar rəhbərliyinə göstəriş verilsin.

Xatırladaq ki, sözügedən şikayətçilər Ağayev Mahir Məhəmməd oğlu, Dadaşov Müşfiq Şakir oğlu, Səfərov Zahid Mikayıl oğlu, Kərimova Mətanət Rasim qızı, Rəhimova Bənövşə Qasım qızı və Nəsirova Nəzrin Vahid qızıdır.