“AtaSığorta”ya yeni sədr təyin edilib - BUNDAN SONRA...

Gündəm / Sosial
29-02-2024, 11:44 155

“AtaSığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, sədr vəzifəsini müvəqqəti icra edən Seymur Əliyev “AtaSığorta”nın İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, Seymur Əliyev 2021-ci ildən "AtaSığorta”da çalışıb. Əvvəlcə sığorta şirkətinin Korporativ Sığortaçılıq Departamentinin direktoru təyin edilib. 2022-ci ildən “AtaSığorta”nın İdarə Heyəti sədrinin müavini olaraq fəaliyyətini davam etdirib.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmlərinin 100 %-i "Ata Holdinq" MMC-yə məxsusdur.